Əsas Səhifə > Siyasət, Manşet > Burda müştəri heç bir halda HAQLI HESAB OLUNMUR...

Burda müştəri heç bir halda HAQLI HESAB OLUNMUR...


22-01-2024, 08:34
Burda müştəri heç bir halda HAQLI HESAB OLUNMUR...
"Sentyabr ayında əlimdə zəmanət ilə "Baku Elektronics" servisə planşetdə xətlər əmələ gəlib deyə müraciət etdim, mənə 280 azn xərci var dedilər, dedim əlimdə zəmanət var və heç bir zədə və cızığı yoxdur..." Bu barədə Turan li adlı isttifadəçi "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında giley edir.

Burda müştəri heç bir halda HAQLI HESAB OLUNMUR...

Narazı vətəndaş daha sonra bildirir: "Dedilər, qızıl zəmanət deyil... ödəniş etməlisən. "Qaynar xətt"ə müraciət etdim dedilər təkrar baxışa verin...

Təkrar baxışa verdim, 2 gün sonra zəng elədilər məhsul hazırdır, 280 azn ödəniş etməlisiz.

8 ay "Baku Elektronics"ə müraciətlərdən sonra dedim istəmirəm, qaytarın olduğu kimi planşeti... İndi deyirlər 50 azn ödəməlisən.

İndi mən nə edim?

1) 14 ay işləmiyən planşetin batareyasıda öldü.

2) 50 manat ödəyib 14 ay sonra planşetimi özümə qaytaracaqlar və bərbad vəziyyətdə..."

dia-az.media

Geri qayıt