Əsas Səhifə > Siyasət, Manşet > `Azəriqaz`da DÜZƏ YER YOXDUR...

`Azəriqaz`da DÜZƏ YER YOXDUR...


23-11-2023, 09:06
`Azəriqaz`da DÜZƏ YER YOXDUR...
"Mən, 1994-cü il təvəllüdlü Hüseynov Xəzər Nəsrəddin oğlu 2020 -ci ildə SOCAR Təlim Tədris Mərkəzini bitirib "Azəriqaz" İstehsalat Birliyinin Xaşmaz RQİİ Quba Xidmət Sahəsində nəzarətçi-çilingər vəzifəsində çalışmışam.

Bu ilin oktyabr ayının 11-də heç bir səbəb göstərmədən, məzuniyyətə göndərilib sonra müqaviləmi artırmadılar . İşlədiyim 3 il ərzində, ən çətin ərazidə oldum, debitoru aşağı saldım, 3 ildə nə kənar qaz xəttim oldu, nə də ki,müdaxilə halları. Çünki düzgün əqidəmlə işlədim, işimdə heç bir nöqsanım olmadı, nə də ki, tapılmadı.

İdarədə kiminsə yerinə işimdən oldum. İdarə heyəti özü də çaş-baş qaldı ki, sən düzgün işləyən idin, səni niyə işdən azad etdilər?

Noyabrın 14-də "Azəriqaz"da cənab Rəşad Cavadovla görüşdüm, hər şeyi izah etdim, faktla sübutla. Cavab verə bilmədi. Özü də anladı ki, haqqım tapdanıb.

"Azəriqaz" İstehsalat Birliyində şikayət və ərizələrə baxan şəxs belə susdu və cavab verə bilmədi.

Baş verən proseslərin hamısı Region rəisi Azər Abbasov və Quba Xidmət Sahəsinə Cabir Xəlilov gələndən sonra baş verir..."


Şikayətçi: Hüseynov Xəzər Nəsrəddin oğlu
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Geri qayıt