Əsas Səhifə > Siyasət, Manşet > `Azəriqaz` Şəhid bacısını İŞDƏN ATSA DA...

`Azəriqaz` Şəhid bacısını İŞDƏN ATSA DA...


8-11-2023, 08:46
`Azəriqaz` Şəhid bacısını İŞDƏN ATSA DA...
"Azəriqaz" rəhbərliyinin özbaşınalığından dəfələrlə yazılıb. Amma nə xeyri? adamlar özlərini `Bağdadın KOR XƏLİFƏSİ` zənn edirlər...

İstədiklərini edirlər. Saxta piarlar hesabına gözə kül üfürürlər. Dəstəkçi mediaları da `Azəriqaz" rəhbərliyinin qanunsuz əməllərini ancaq ört-basdır edir. Şikayətləri, şikayətçiləri görən yoxdur....

Bu dəfə bir şikayətçinin qeydini təqdim edəcəm. Şəhid bacısı Jalə Sadıqova...

`Azəriqaz` Şəhid bacısını İŞDƏN ATSA DA...

Şəhid bacısı Jalə Sadıqova Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlıya müraciətində qeyd edir: "Maaş heç. Məni Şəmkir Regional Qaz İstismarı İdarəsinin rəhbərliyi şəhid bacısı olmama rəğmən işdən çıxarıv. Mənimlə yenidən müqavilə bağlamadılar. Səbəbi soruşmaq istəsəm də, nəinki sualıma cavab vermədilər, məni heç qəbul da emədilər..."

Hər halda, bu fakt yetərlidir ki, `Azəriqaz`ın bu vaxta qədər ay nə bilim "Şəhid ailələrinə belə qayğı göstəririk" kimi ifadələrinin quru təbliğat xarakterli olduğunu söyləyəsən...

DİA.AZ (Ərsoyun Blog'u)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Geri qayıt