Əsas Səhifə > Siyasət, Manşet > Goranboy sakinləri başçıdan MƏMNUN DEYİL...

Goranboy sakinləri başçıdan MƏMNUN DEYİL...


3-11-2023, 09:53
Goranboy sakinləri başçıdan MƏMNUN DEYİL...
DİA.AZ: - Son zamanlar yerli icra hakimiyyətlərinin fəaliyyəti ciddi tənqid olunur. Nöqsanları ilə gündəmə gələn bəzi icra başçıları işdən çıxarılsa, həbs olunsa belə, yenə vəziyyət dəyişmir. Dəfələrlə adları şikayət və tənqid olunanlar siyahısında hallanan icra başçılarının fəaliyyətində dönüş yaranmır.

DİA.AZ bildirir ki, yerli KİV-də əhalinin ən çox narazı qaldığı icra hakimiyyətləri barədə araşdırma materialı təqdim olunub. Aydın olur ki, narazılığa səbəb olan RİH-lərdən biri də Goranboy rayon İcra Hakimiyyətidir.

Araşdırma materialında deyilir:

"Bu rayonun sakinləri yerli icra hakimiyyəti və məmurların süründürməçiliyindən təngə gəldiklərini bildiriblər. İcra hakimiyyətinin fəaliyyətsizliyindən şikayətlənən vətəndaşların bildirdiyinə görə, Goranboy rayonu son dövrlər tamamilə diqqətdən kənarda qalıb və burada heç bir şikayətə, müraciətə məhəl qoyulmur.

Rayonun icra başçısı Məhərrəm Quliyev dörd ilə yaxındır ki, bu rayona rəhbərlik edir, amma sakinlər indiyə qədər icra başçısı ilə normal görüşüb, ünsiyyətə nail ola bilmədiklərini deyirlər".

Qeyd edək ki, buna qədər Məhərrəm Quliyev Ağstafaya rəhbərlik edirdi, onu həmin postda isə 4 il əvvəl Goranboyun keçmiş mərhum icra başçısı Nizaməddin Quliyev əvəzləmişdi və məlum olduğu kimi, o, rüşvət-korrupsiya ittihamı il həbs olundu, sonradan da həbsxanada dünyasını dəyişdi.

Goranboy saakinləri gileylərində iddia edirlər ki, əslində Nizaməddin Quliyvin vaxtında Goranboy daha yaşamalı yer idi, nəinki indi...

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt