Əsas Səhifə > Siyasət, Manşet > «Nurgün Motors»un Salyandakı ofisinin qarət olunması xəbəri nədən gizlədilir?

«Nurgün Motors»un Salyandakı ofisinin qarət olunması xəbəri nədən gizlədilir?


15-02-2014, 12:23
«Nurgün Motors»un Salyandakı ofisinin qarət olunması xəbəri nədən gizlədilir?
DİA.AZ: - Redaksiyamıza bir neçə gün əvvəl Salyanda baş verən bir oğurluq hadisəsilə bağlı ilginc məlumat daxilt olub. Rayon sakinlərinin DİA.AZ-a bildirdiklərindən belə anlaşılır ki, 10 fevral tarixində Salyan rayonu ərazisində yerləşən fermaların birinin ofisi yarılıb və ofisdən külli miqdarda pulun, həmçinin mühüm sənədlərin olduğu ağzıbağlı seyf qarətçilər tərəfindən aparılıb.

Xəbəri verən sakinlər bildirir ki, ferma «Nurgün Motors» şirkətinə aid olub və orada iribuynuzlu mal-qara saxlanılırmış: «Fermanın buxalteriyasının qarət olunması xəbəri və həmçinin pulun həcmi nədənsə ictimaiyyətdən gizlədilir».

Sakinlərin sözlərinə görə, hadisə ilə bağlı Salyan rayon poli idarəsi hüquqi araşdırmalara başlasa da, məlumat ictimailəşdirilmir.

Sakinlər onu da bildiriblər ki, bəzi işçilər seyfdə 500 min manata yaxın vəsaitin olduğunu söyləyiblər: «Bu qədər pulun bir fermada saxlanılması isə onu göstərir ki, əslində bu ferma «Nurgün Motors»un maliyyə maxinasiyalarının həyata keçirildiyi ünvan olub». Bildirək ki, sakinlər bu iddialarını onunla əsaslandırırlar ki, Salyanda bir avtomobil satış mərkəzi olmayan «Nurgün Motors»un mal-qara saxlaması hər zaman şübhəli olub…

Əlavə bilgiləri diqqətinizə təqdim edəcəyik.

Geri qayıt