Əsas Səhifə > Siyasət, Manşet > Bakıda vəhabilərə qarşı əməliyyat hazırlanır – Məmur olan sələfilər də hədəfə çevriləcək

Bakıda vəhabilərə qarşı əməliyyat hazırlanır – Məmur olan sələfilər də hədəfə çevriləcək


14-02-2014, 10:56
Bakıda vəhabilərə qarşı əməliyyat hazırlanır – Məmur olan sələfilər də hədəfə çevriləcək
DİA.AZ: - Bir neçə il əvvəl Bakıda olarkən Küveyt dövlətinin xüsusi nümayəndəsi rəsmi Bakıdan vəhabilərə məxsus «Əbu-Bəkr» məscidinin fəaliyyəti ilə bağlı hesabat tələb etmişdi. Xatırklayırsınızsa, hətta bu barədə yayılan rəsmi məlumatda bildirilirdi ki, Küveyt dövləti Azərbaycanın dövlət rəsmiləri qarşısında tələb də qoyublar ki, əgər «Əbu-Bəkr» məscidinin fəaliyyəti bərpa edilməzsə, o zaman bu ölkənin Azərbaycana etdiyi qarşılıqsız maliyyə yardımı durdurulacaq.

Və elə bu zaman məlum oldu ki, sən demə, Küveyt Azərbaycana hər il müəyyən həddə maliyyə yardımı edirmiş və bu yardım Küveytə aid fondlar tərəfindən həyata keçirilib. Təxminən il ərzində 200 milyon ABŞ dolları həddində olan bu yardımın müqabilində isə rəsmi Bakı vəhabilərin fəaliyyətinə şərait yaradırmış.

Sonradan isə aydın oldu ki, sən demə, Bakıda bəzi rəsmilər Küveytdən gələn qonağa vədlər veribmişlər. Bu barədə DİA.AZ-a daxil olan məlumatda deyilir ki, son günlər Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Hacı Allahşükür Paşazadəni hədəfə alan vəhabilərin əslində Azərbaycan məmurlarından da incikliyi var imiş. Mənbə qeyd edir ki, vəhabilərə sən demə, “Əbu Bəkr” məscidinin bağlanmasına baxmayaraq, yeni məscidlərinin inşası üçün Abşeron rayonu ərazisində torpaq sahəsi verilməsi planı olub.

Mənbənin söylədikləri: “Amma illərdir ki, bu vədə də əməl olunmur. Ona görə də rəsmi dairələrlə vəhabilərin münasibətləri gərgin hesab oluna bilər. Bir yandan da Suriyada, Əfqanıstanda Azərbaycan vətəndaşlarının ölüm xəbərlərinin artması artıq rəsmi Bakını vəhabilərlə, onların Küveyt və Səudiyyə Ərəbistanındakı himayədarları ilə hər hansı təmasını istisna edir. Yəni münasibətlər daha da pisləşməkdədir”.

Onu da bildirək ki, vəhabilərə qarşı yeni əməliyyatların həyata keçiriləcəyi haqda da məlumatlar yayılıb. Və qeyd olunur ki, Azərbaycanda bu gün vəzifə başında olan bəzi şəxslər belə bu tədbirlər zamanı hədəfə çevrilə bilər.

Geri qayıt