Əsas Səhifə > Siyasət, Manşet > Xaçmazda Bayraq Meydanında BAYRAQ YOXA ÇIXIB...

Xaçmazda Bayraq Meydanında BAYRAQ YOXA ÇIXIB...


21-08-2023, 00:23
Xaçmazda Bayraq Meydanında BAYRAQ YOXA ÇIXIB...
DİA.AZ: - Artıq deyəsən, rayon icra hakimiyyətlərimizin Bayraq Meydanlarında bayrağımızı dik tutması həm müşkülə çevrilib, həm də yoluxucu xarakter allb. DİA.AZ bildirir ki, artıq bir neçə rayonda dövlət bayrağımıza RƏSMİ sayğısızlıq ənənə halını alıb. Bunun başqa adı yoxdur.

Və belə biabırçı halın növbətisi Xaçmazda yaşanmaqdadır. DİA.AZ bildirir ki, bu barədə sosial şəbəkələrdə giley edən ictimai fəal Osman İmamov yazır:

"Əziz Xaçmazlılar, siz bilərsiz, Xaçmazda yerləşən "Bayraq Meydanındakı" Bayraq hardadı? Xeyli vaxtdır niyə yoxdur? Biz bilmirik, bəlkə siz bilərsiz???"

Məsələ ilə bağlı dia.az olaraq bütün əlaqədar qurum və şəxsləri dinləməyə hazırıq...

Xaçmazda Bayraq Meydanında BAYRAQ YOXA ÇIXIB...
Geri qayıt