Əsas Səhifə > Siyasət, Manşet > Biz harda, 'Araz' da orada: Bunların əlindən HARA QAÇAQ?

Biz harda, 'Araz' da orada: Bunların əlindən HARA QAÇAQ?


4-08-2023, 07:03
Biz harda, 'Araz' da orada: Bunların əlindən HARA QAÇAQ?
DİA.AZ: - "Bu gün axşam saatlarında "Araz" Supermarketlər Şəbəkəsindən gördüyünüz çörək alınıb". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Qasımov soyadlı vətəndaş giley edir.

Biz harda, 'Araz' da orada: Bunların əlindən HARA QAÇAQ?

Daha sonra narazı vətəndaş yazır: "Lakin təəssüflər olsun ki,çörək yeməyə yararsız haldadır,kif atıb. Açığı kif atmış çörəyi rəfdə saxlamaq nə dərəcədə düzgündür?

Təbii ki,doğru deyil. Bu əslində həmin marketin işçilərinin rəflərə və məhsullara düzgün nəzarət etməməsinin nəticəsidir. Üzərində qeyd olunan tarix isə 31-i tarixini göstərir.

Bildirim ki, çörəyi uşaq alıb deyə diqqət etməyib..."

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt