Əsas Səhifə > Siyasət, Manşet > `SC Construction`un rəhbəri sahibkarları BELƏ ALDADIB...

`SC Construction`un rəhbəri sahibkarları BELƏ ALDADIB...


12-07-2023, 08:40
`SC Construction`un rəhbəri sahibkarları BELƏ ALDADIB...
DİA.AZ: - Bir qrup sahibkarlar tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"“SC CONSTRUCTİON” MMC-nin formal rəhbəri olan Təhməzov Qalib Valeh oğlu bizim etibarımızdan sui-istifadə edərək aldadıb küllü miqdarda pulumuzu mənimsəyib.
Qalib Təhməzovun bizə qarşı etdiyi hərəkətlər Azərbaycan Respublaiksının Cinayət Məcəlləsinin müvafiq maddələrinin tərkibini yaratdığı üçün hüquq mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmişik.
Qeyd edək ki, Qlib Təhməzov “SC CONSTRUCTİON” MMC öz sürücüsü Azər Mahmudovun adına təsis edərək belə talaçılıqla dələduzluqla insanları aldadıb dövlətin ayırdığı vəsaiti isə talan edir.
Cənab Prezident Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması ilə bağlı Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yolunun tikintisi AAYDA “37 №-li Yol İstismarı”MMC ilə subpodratçı şirkət olaraq Türkiyənin Polat Yol Yapı San. Və Tic Anonim Şirkəti-nin Azərbaycan Respublikasındaki Filialına (VÖEN 1500968811) həvalə edilmişdir. Yolun Xanlıq yaşayış məntəqəsindən ayrılan,uzunluğu 17 km olan hissəsindən torpaq qatının və qurğuların tikintisi işləri aparılması üçün Polat şirkəti ilə “SC CONSTRUCTİON” MMC arasınada 01 yanvar 2022-ci il tarixdə XQL-2021-041 nömrəli müqavilə imzalanmışdır. 2021-ci ilin dekabr ayı tarixində “SC CONSTRUCTİON” MMC-nin formal rəhbəri Qalib Təhməzov biz sahibkarlar ilə müqavilə bağlayıb ağır yük daşıyan və yol tikintisi aparan texnikaları həmin işə cəlb etmişdir.Müəyyən müddət ərzində həmin yol tikintisində biz sahibkarların çoxlusayda ağır texikalarla işləyib əmək sərf etmişik. Ortada yaranmış etibardan sui-istifadı edən “SC CONSTRUCTİON” MMC-nin sahibi Qalib Təhməzov bizə düşəcək küllü miqdara pulu ələ keçirərək mənimsəyib.
Dəfələrlə “SC CONSTRUCTİON” MMC-nin rəhbəri Qalib Təhməzovdan bizə düşəcək pulumuzu ödəməsini xahiş və tələb etsəkdə AAYDA 37 li saylı yol istismarı MMC ilə Polat şirkətinin ona gördüyü işə pul ödəmədiyini bəhanə gətirərək bizə pul ödəməkdən boyun qaçırmışdır. Bu və bunun kimi “sahibkarlar” cənab Prezidentimizin uğurlu siyasətinə,Qarabağımızın yenidən qurlulmasına kölgə salırlar.
“SC CONSTRUCTİON” MMC-nin rəhbəri Qalib Təhməzovun bizə qarşı etdiyi hərəkətlər cinayət əməli olduğu üçün hüquq mühafizə oraqnlarına şikayət ərizəsi ilə müraciət etmişik.
“SC CONSTRUCTİON” MMC-nin rəhbəri Qalib Təhməzovun bizi aldadıb küllü miqdarda pulumuzu mənimsəməsini təsdiq edən konkret və mötəbər subutlarımız var.
Aidiyyatı mərkəzi orqanların rəhbərlərindən və hüquq mühafizə orqanlarından xahiş edirik etibarımızdan sui-istifadə edərək pulumuzu ələ keçirib mənimsəmiş, dövlətə küllü miqdarda ziyanlar vurmuş “SC CONSTRUCTİON” MMC-nin rəhbəri Qalib Təhməzovun barəsində qanunu və ciddi tədbirlər görəsiniz".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq....


***

Dia.az saytına
Təhməzov Qalib Valeh oğlu tərəfindən

Müraciət

Hörmətli dia.az saytının rəhbərliyi,
12 iyul 2023-cü ildə saytınızda bir qrup sahibkar tərəfindən ölkə rəhbərliyinə ünvanlanan
müraciətə istinadən “SC Construction”un rəhbəri sahibkarları BELƏ ALDADIB...” adlı
yazı dərc olunub. Nəzərinizə çatdırım ki, dərc etdiyiniz müraciətdə mənə ünvanlanan ittihamlar
həqiqəti əks etdirmir və böhtan xarakterlidir.
Müraciətdə deyilir ki, “... yaranmış etibardan sui-istifadı edən “SC CONSTRUCTİON”
MMC-nin sahibi Qalib Təhməzov bizə düşəcək küllü miqdara pulu ələ keçirərək mənimsəyib”.
Bildirirəm ki, heç bir əsası olmayan, tamamilə böhtan xarakterli yanlış iddiadır.
İlk növbədə qeyd edim ki, “SC Construction” MMC həqiqətən də yol tikintisi ilə bağlı bir
sıra sahibkarlarla müqavilələr bağlamışdır. Həmin müqavilələr çərçivəsində öhdəliklər yerinə
yetirildikcə görülmüş işlərə görə ödənişlər həyata keçirilir. İndiyədək bir neçə dəfə ödənişlərin
yubadılması halları olmuşdur, lakin yubanmalara baxmayaraq ödənişlər həyata keçirilmişdir.
Ödənişlərin yubanması “SC Construction” MMC-nin günahı ucbatından baş
verməmiş, müraciətdə də göstərildiyi kimi Polat şirkəti ilə “SC CONSTRUCTİON” MMC
arasınada bağlanmış 01 yanvar 2022-ci il tarixli müqavilə üzrə Polat şirkəti tərəfindən pul
vəsaitlərinin köçürülməsinin yubadılması səbəbindən baş vermişdir.
Nəzərinizə çatdırım ki, hazırda da “SC Construction” MMC-nin müqavilə çərçivəsində
görülmüş işlərə görə bir sıra şəxslərə borcu yaranmışdır. Biz həmin vəsaitləri ödəməli
olduğumuzu inkar etmirik və bu öhdəliyimizin yerinə yetirilməsinin vacibliyini anlayırıq. Lakin
onu da qeyd edək ki, həmin öhdəliyimizin yerinə yetirilməsi müqavilə tərəfdaşımız olan
subpodratçı şirkət (Türkiyənin Polat Yol Yapı San. Və Tic Anonim Şirkəti) tərəfindən görülmüş
işlərə görə nəzərdə tutulmuş ödənişin həyata keçirilməsindən asılıdır.
Bir daha bildirmək istəyirik ki, “SC Construction” MMC öz müqavilə öhdəliklərinə
sadiqdir və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham
Əliyevin göstərişlərinə uyğun olaraq işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən
qurulması işinə töhfə verməyə hər zaman hazırdır.


Hörmətlə,
Qalib Təhməzov
Geri qayıt