Əsas Səhifə > Siyasət, Manşet > Şimal meşələrimizə Rusiyadan gələn TƏHLÜKƏ...

Şimal meşələrimizə Rusiyadan gələn TƏHLÜKƏ...


9-07-2023, 10:31
Şimal meşələrimizə Rusiyadan gələn TƏHLÜKƏ...
DİA.AZ: - "Samur-Yalama milli parkında tək ipəksarıyan (lat. Lymantria dispar) böcəyi yayılıb". DİA.AZ bildirir ki, bu barədə sözügedən bölgənin sakinləri həyəcan təbili çalır.

Narazı vətəndaşların sözlərinə görə, təxminən 50 hektar ərazidəki ağaclarda yarpaqlar demək olar ki, qalmayıb.

DİA.AZ həmin müraciəti təqdim edir: "Bəzi ağaclar quruyub.

Rusiyanın bu yaxınlarda helikopterlər vasitəsilə sərhədboyu ərazilərindəki meşəyə dərman səpdiyi ilə bağlı məlumatımız var.

Keçən il də var idi bu böcəklər, ancaq çox az idi. Təcili tədbir görmək lazımdır, əks halda daha da çox əraziyə yayıla bilər".

Məsələ ilə bağlı dia.az olaraq aidiyyatı olan bütün qurum və şəxsləri də dinləməyə hazırıq...
Geri qayıt