Əsas Səhifə > Siyasət, Manşet > Naxçıvan təhsilinin ACINACAQLI DURUMU...

Naxçıvan təhsilinin ACINACAQLI DURUMU...


26-05-2023, 11:35
Naxçıvan təhsilinin ACINACAQLI DURUMU...
DİA.AZ: - "Naxçıvan təhsilinə Bakının müdaxiləsi zərürətə çevrilib. Təhsil Naziri Rəhman Məmmədov verilən saxta əmrlər, yerdəyişmələr və təyinatlar üçün aparat rəhbəri Rəşad Əlizadəni qurban verməyə çalışır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Daha sonra məlumatı verən mənbə bildirir: "Mənim önümə sənədi gətiriblər mən möhür vurmuşam, deyir... Axı necə olur ki, Nazir oxumadığı bilmədiyi sənədə möhür vurur?

Rəhman Məmmədov, imza sizin möhür sizin..
Sizlər arxanıza aldığınız Vasif Talıbov gücündən anormal dərəcədə istifadə etdiniz..

Naxçıvan Şəhərində dörd yüz min manatlıq villa və o dəyərdə ata yurdunuzdakı villa, oxumadan imza atıb, möhür vurduğunuz təyinatlardan gələn pullardır..

Şərur rayon Təhsil şöbəsinin müdiri yeməkxanalarda içib sizin onun qarşısında gözü kölgəli olduğunuzu iki ildə sizə, qeyri qanuni təyinatlardan və xaricdə yaşayanlara satdığı attestatlardan yüz əlli min manat ötürdüyünü deyirmiş..

Ordubad rayon təhsil şöbəsinin sizə ötürdüyü pulların faktları var..

Naxçıvan Şəhər təhsil şöbəsinə gətirdiyin Baba müəllimi boşa gətirmədin çünki sabiq müdir Elşən Qəbulovla alverin üst-üstə düşmürdü razılaşmırdı sizinlə..

Sağda-solda qurban axtarmaqla gedəcəyiniz yer ancaq Böyükdüz əsirxanası olar..."

Qeyd edək ki, mənbə DİA.AZ-a daha ilginc faktları da təqdim edib. Bu barədə növbəti yazımızda...


ANONS:
Naxçıvan təhsilin şah damarı olan Şərur töhsilini və Naxçıvan şəhər təhsilini necə baltalayıblar...
Son beş ilin bütün qəbul faizləri...

Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt