Əsas Səhifə > Siyasət, Manşet > Baş Nazir Prezidentin xüsusi nümayəndəsinə qarşı...

Baş Nazir Prezidentin xüsusi nümayəndəsinə qarşı...


15-05-2023, 10:36
Baş Nazir Prezidentin xüsusi nümayəndəsinə qarşı...
DİA.AZ: - Hələ keçən günlərdə xəbər verərək bildirmişdik ki, Naxçıvanda keçmiş Ali Məclis sədri Vasif Talıbovdan qalma köhnə komanda yeni rəhbərliyə - Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəfliyə qarşı açıq-aşkar sabotajla məşğuldurlar ki, bunun da başlıca məqsədi hazırki hakimiyyəti gözdən salmaq, "XAN DÖVRÜ"nə nostalji yaratmaqdır.

Bununla bağlı DİA.AZ-a yeni faktlar göndərilib. Belə ki, bütün bu işlərin arxasında əsas olaraq hazırda Naxçıvanın baş naziri postunu tutan Səbuhi Məmmədovun dayandığını iddia edən mənbə eyni zamanda proseslərdə xeyli sayda yerli məmurun da iştirakçı olduğunu bildirir.

Mənbənin dia.az-a söylədikləri: "Səbuhi Məmmədov öz çevrəsi ilə Fuad Nəcəfliyə qarşı gizli kampaniya təşkil edir. Belə ki, hazırda Naxçıvan MR yüksək vəzifə tutan nazirkimilərin köməyi ilə Fuad Nəcəflinin gözdən salmaq fəaliyətinə start veriblər. Bu işlərdə Səbuhi Məmmədova xüsusi kömək göstərən cinayətkar dəstənin bəzi üzvlərini sizə təqdim edirik:

1. Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin sədri Qəribli İsmayıl- Səbuhi Məmmədov Mərkəzi Bankın Naxçıvan MR idarəsinin rəhbəri olarkən köməkçisi işləmiş, həmdə də xalaoğlusu. İsmayıl Qəribli uzun illərdir Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununa zidd olaraq Naxçıvan MR Nazirlır Kabinetinin saxta qərarları ilə imtahanlar keçirib, külli miqdarda dövlət vəsaitin mənimsənilməsində rəhbərlik edib. Bu şedevr İsmayıl Qəribli o mərtəbə tapılmaz adamdır ki, həm də Naxçıvanın saxta deputatıdır.
Məlumat üçün qeyd edək ki, hazırda Naxçıvan MR- də Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Naxçıvan MR Regional İdarəsi (qanunauyğun olaraq) və Səbuhi Məmmədovun “yaratdığı” Dövlət İmtahan Mərkəzi fəaliyyət göstərir. Bu haqda bir az sonra daha ətraflı.

2. Vüsal Sevdimalıyev- Naxçıvan MR rabitə və yeni texnologiyalar naziri. Bu nazir əsasən Vasif Talıbovun Naxçıvan zonasına elektron qaydada “sızmaq istəyən” Heydər Oğuzun səhifələri kimi səhifələrin bloklanması əməliyyatını həyata keçirib. Hazırda Fuad Nəcəfliyə qarşı sosial şəbəkələrdə videoçarxların hazırlanmasına rəhbərlik edir.

3. Nicat Babayev, hazırda Naxçıvan MR əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini-Səbuhi Məmmədovun həyasızlığının şah əsəri. Görün dövlət idarəçiliyində Səbuhi Məmmədovun qudurğanlığı hansı həddə çatıb ki, bir ay bundan əvvəl Nicat Babyev işdə yol verdiyi nöqsanlara görə nazir vəzifəsindən azad olunub, qısa vaxtan sonra isə yenidən həmin nazirliyə nazir müavini təyin olunub. Düşünə bilirsinizmi, Azərbaycanda naziri işdə yol vediyi nöqsanlara görə azad edirlər, sonra nazir müvini təyin olunur. Bu metodla dövlət idarəçiliyi olsa olsa ancaq mənfur qonşumuz Ermənistanda, bir də yazılmamış Səbuhi Məmmədovun qanunları olan idarəçilikdə istifadə oluna bilər. Nicat Babayevə Səbuhi Məmmədovun şəxsi marağının yüksək olmasının əsas səbəbi isə başqadır. Bu səbəblərdən bəzilərini sizə çatdırmaq istərdim. Naxçıvanda işsizlikdən söğorta fonduna yığılan vəsaitin Vasif Talıbovun quşçuluq fabrikinə, tikintilərinə köçürülməsini məhz Nicat Babayev təşkil edib. Şəhid ailələri və müharibə iştirakçılarını verilən evləri dövlət hesabına tikilmiş evlərdən verib, qeydiyyatda isə saxta şəkildə bəzi yaxın adamlarınıdan alınmış evlər kimi qeyd edilir.
Bu siyahınının ardını isə Səbuhi Məmmədovun cinayət yuvasına çevirmək istədiyi Naxçıvan Nazirlər Nazirlər Kabinetində davam etdirəcəyik.

ZƏRURİ qeyd: Səbuhi Məmmədovun yaxın adamlarına bildirib ki, Vasif Talıbovun bəzi gizli məlumatlarını Bakıya ötürdüyünə görə o, yəni Səbuhi Məmmədov əfv olunub. Öyrənmək istərdik ki, Naxçıvana hər il ayrılan 300 milyondan artıq dotasiyanın ƏDV-sini necə gizlətdiyini və külli miqdarda vəsaitin Vasif Talıbovun xaricdəki ofşor hesablarına köçürdüyünü və bu kimi onlarla maliyyə cinayətlərini də Azərbaycan rəhbərliyinə bildiribmi?"

Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin.

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Geri qayıt