Əsas Səhifə > Siyasət, Manşet > Naxçıvan təhsilinin daha bir ÖZƏLLİYİ: ATTESTAT ALVERİ...

Naxçıvan təhsilinin daha bir ÖZƏLLİYİ: ATTESTAT ALVERİ...


3-05-2023, 08:44
Naxçıvan təhsilinin daha bir ÖZƏLLİYİ: ATTESTAT ALVERİ...
DİA.AZ: - Neçə müddətdir ki, Naxçıvan təhsilində mövcud olan eybəcərliklərlə bağlı oxucularımızı məlumatlandırmaqdayıq. Qeyd edək ki, DİA.AZ olaraq açıqladığımız faktlar böyük rezonans doğursa da, nədənsə hansısa tədbir barədə bilgilər almırıq...

Biz isə Naxçıvan təhsilinin eybəcərlikləri barədə əldə etdiyimizi informasiyaların təqdimatını davam etdiririk. Bu dəfə MR təhsilinin evini yıxan attestat alverindən danışacağıq. Beləliklə, DİA.AZ-a verilən məlumatda deyilir:

"Azərbaycan Respublikası əhalisi 10 milyon nəfərdir. Bunun 450 min nəfərdən azı Naxçıvan qeydiyyatındadır. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən il ərzində 200-250 ədəd eksternat qaydada ümumi orta təhsil və tam orta təhsil haqqında attestat verilir. Lakin Naxçıvan 450 minlik əhalisinə Naxçıvan Muxtar respublikası Təhsil Nazirliyi isə il ərzində 450-500 eksternat qaydada ümumi orta təhsil və tam orta təhsil haqqında attestat verir.

Çünki Bakıdan eksternat qaydada ilə attestat ala bilməyənlər Naxçıvandan rahatlıqla alır.
Çünki həmin attestatla hərbi polis digər sahələrdə işə düzələ bilirlər.
Ən əsası Türkiyə universitetlərinə düzəlirlər.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən əksəriyyəti satılan eksternat attestatlardan .
Kəngərli və Ordubad rayonunu nümunə olaraq paylaşırıq".

Naxçıvan təhsilinin daha bir ÖZƏLLİYİ: ATTESTAT ALVERİ...
Naxçıvan təhsilinin daha bir ÖZƏLLİYİ: ATTESTAT ALVERİ...

Yuxarıda açıqlanan faktlarla bağlı dia.az olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...

Geri qayıt