Əsas Səhifə > Siyasət, Manşet > Bax buna görə Naxçıvanda təhsil ağlar günə qalır...

Bax buna görə Naxçıvanda təhsil ağlar günə qalır...


29-04-2023, 09:20
Bax buna görə Naxçıvanda təhsil ağlar günə qalır...
DİA.AZ: - Neçə müddətdir ki, DİA.AZ olaraq Naxçıvan təhsil sistemindəki eybəcərliklərlı bağlı faktları təqdim edirik. Qeyd edək ki, açıqladığımız faktların böyük əksəriyyəti həqiqəti əks etdirdiyindən qarşı tərəf kimi çıxış edənlər yalnız bir-iki məqamla bağlı əhəmiyyətsiz yanlışlıqları rəhbər tutaraq təqdim etdiyimiz faktların toplusunu inkar etməyə çalışdı ki, bu da əslində real mənzərənin ört-basdır edilməsinə səbəb olmadı.

DİA.AZ olaraq sözügedən istiqamətdən əldə etdiyimiz yeni faktları da təqdim edəcəyimizə söz vermişdik. Beləliklə...

YAZININ ƏVVƏLİ BURADA:

YENİ FAKTLAR: Naxçıvan təhsilində NƏLƏR BAŞ VERİR? - Dövlətin müdaxiləsi zərurətə çevrilib...

Vəzifəli kadrların yerləşdirilməsi

"Son 4 il müddətində 90 yaxın direktor əyinatı aparılıb ki bunların hamısı Rəşad Əlizadənin müəyyən etdiyi kadrlardır ki onlardan da təyin olunduqları məktəblərə uyğun olaraq 3000-7000 aralığında vəsait alınıb. Culfa rayon Qızılca kənd tam orta məktəbin direktoru Nəzərov Namiq Asəf oğlu ilə yaxın münasibətləri nəticəsində Qızılca kəndindən olan Möhbalıyev Möhbalı rüşvət qarşılığında Babək rayon Şəkərabad kənd tam orta məktəbinə digər Qızılca kəndindən olan Məhəmməd Ağazadə Əbrəqunus kənd tam orta məktəbinə direktor təyin edilib.

Culfa rayonundan olan Rəhimov Nazim İnqlab oğlu rüşvət qarşılığında 13 nömrəli tam orta məktəbə təlim- tərbiyə işləri üzrə direktor müavini, 9 nömrəli tam orta məktəbə direktor ordan 12 nömrəli məktəbə son olaraq isə Naxçıvan Şəhər Kimya-Biologiya təmayüllü liseyə direktor təyin edilib. Yeni yaradılan Naxçıvan şəhər 8 nömrəli uşaq bağçasının və Naxçıvan şəhər Kimya- Biologiya təmayüllü liseyin texniki işçiləri təyinatında öz yaxın adamlarını və ya pul qarşlığında digər şəxsləri yerləşdirib.

Pedoqoji təhsili olmayan Aqşin adlı qohumunu hal hazırda Gənclərin çağrışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinin olmadığı (Hərbi rəhbər X-XI siniflər üzrə tədris aparır ki hazırda liseydə VIII-IX siniflər mövcuddur) halda Kimya- Biologiya liseyinə hərbi rəhbər təyin edib. Kimya- Biologiya liseyinə təyin olunan müəllimlər hamısı vəsait qarşılığında Rəşad Əlizadə otağında oturmaqla müəyyənləşdirib və əksəriyyəti özünə yaxın olan direktorun rəhbərlik etdiyi 17 nömrəli tam orta məktəbdən olan şəxslərdir".

DAVAMI MÜTLƏQ OLACAQ...

Açıqlanan faktlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt