Əsas Səhifə > Siyasət, Manşet > "Müayinə olunamağım üçün məndən pul tələb etdi..."

"Müayinə olunamağım üçün məndən pul tələb etdi..."


17-04-2023, 08:32
"Müayinə olunamağım üçün məndən pul tələb etdi..."
DİA.AZ: - Ucar rayonu Bərgüşad kənd sakini Məmmədova Hökumə Şirəli qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Bildiriəm ki, Ucar rayon Mərkəzi Xəstəxanasının Ulturasəs Müayinə (USM) həkim İlahə Ağayeva müayinə olunamağım üçün məndən pul tələb etdi. Maddi imkanım olmadığı üçün məni təhqir etdi.Belə oxşar vəziyyət Ucar rayon Mərkəzi Xəstəxanasında dəfələrlə baş verib.
Mən ağır qaraciyər xəstəliyindən əziyyət çəkirəm.14 aprel 2023-cü il tarixdə Ucar rayon Mərkəzi Xəstəxanasında olub müayinə olunmağım üçün İlahə həkimə müraciət etmişəm.Nəticədə də istədiyi pulu verə bilmədiyim üçün məni müayinə etmədi alçaldıcı sözlərlə təhqqir etdi.Mənə dedi ki, “yekə arvadsan utanıb ölmürsən pulun yoxdur Bərgüşad kəndindən bura niyə gəlmisən, sənə sərf etdiyim vaxtı başqa pul verən xəstəyə sərf edərəm”.

Ucar rayon Mərkəzi Xəstəxanasında özbaşınalıqlar baş alıb gedir insanlar buna görə çox əziyyət çəkirlər.
Mənim həyat yoldaşım vəfat edib ağır xəstəliyə görə heç bir yerdə işləmirəm.Oğlum aili təhsilini bitirib hərbi xidmətə gedib hazırda cəbhə bölgəsində hərbi xidmət keçir.Dövlətimiz tibbi sığorta haqqında qanun qəbul edib ki, buna görə dövlət xəstəxanasında pulsuz müayinə olunmalıyam.Ancaq bu qanunlar Ucar rayon Mərkəzi Xəstəxanasında heç vaxt işləmir.Sanki Ucar rayon xəstəxanası TƏBİB-in yadından çıxıb.
Mənə qarşı edilən qanunsuzluqlar barədə TƏBİB-in icraçı direktoru cənab Vüqar Qurbanova və TƏBİB-in İdarə Heyətinin sədri cənab Zaur Əliyevə şikayət ərizələri ilə müraciət etmişəm.
Həmçinin mətbuat vasitəsilədə onlardan xahiş edirəm şikayət ərizəmi obyektiv araşdırıb qanunu və ciddi tədbir görəsiniz".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt