Əsas Səhifə > Siyasət, Manşet > İkinci Qarabağ Müharibəsində iştirak etsə də...

İkinci Qarabağ Müharibəsində iştirak etsə də...


15-04-2023, 10:45
İkinci Qarabağ Müharibəsində iştirak etsə də...
Cəlilabad sakini Fəzail Niftiyev deyir, oğlu Həsən Niftiyev 2019-cu ildə hərbi xidmətə aparılıb. Onun sözlərinə görə, oğlu İkinci Qarabağ Müharibəsində iştirak etsə də, sənədlərində bu qeyd edilməyib.

Şikayətçi oğlu Həsənin sənədlərini qaydasına salıb, müharibə iştirakçısı statusu almasını istəyir.

Müdafiə Nazirliyinin sözçüsü Anar Eyvazov Toplum TV-nin sorğusuna cavab olaraq deyib:

“Vətəndaş Fəzail Niftiyev Müdafiə Nazirliyinin qəbul şöbəsinə aidiyyatı üzrə müraciət etdikdə, onun şikayəti araşdırılacaq”.

Toplum TV


Geri qayıt