Əsas Səhifə > Siyasət, Manşet > Müştərisi `Baku Electronics`ə ETİRAZ ETDİ
Müştərisi `Baku Electronics`ə ETİRAZ ETDİ4-04-2023, 08:21 |
DİA.AZ: - "Şikayətim "Bakuelectronics"dəndir..." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Səriş Əsgərzadə adlı istifadəçi giley edir. Daha sonra narazı vətəndaş yazır: "2022-ci ilin oktyabr ayında 3 il zəmanətlə anam paltaryuyan maşın və elektirik sobası alıb... Alınan gündən əşyaların 2-sidə problemlidir... Sobanın alt spiralı işləmir və özu-özunə yanır, 200 dərəcəyə qalxır... vibrasiya verib, özu-özunə sönur... Paltaryuyan (8.05 kiloluq) maşının problemi isə (2qaşıq) yuyucu tozun hamısını istifadə etməməsidir. Yuyulma bitəndən sonra yuyucu toz paltarların üstündə qalır. Çirkli paltarları necə qoyuruqsa elə də qupquru götürürük. 2022-ci ilin oktyabr ayından etibarən şikayət edirik, amma şikayətimizə baxan yoxdur". dia-az.life olaraq narazı vətəndaşın gileyinin davamını olduğu kimi təqdim edirik (çünki bəzi hallarda şikayətçilər redaktə zamanı fikirlərinin konteksdən çıxarıldığını iddia edirlər -dia-az.life): "Bakuelectronics e gedirik tez bazar arxada balaca otağa aparib deyirler sakit sakit o biri muşteriler eşitmesin..Zeng edib şikayet edirik minnetle danisirlar..Telefon arxasindaki xanim lağlaği ile deyirki hara isteyirsiz şikayet elemek sizin haqqinizdir..Mence şikayet edin deyib adboy edir..Hetta Bakuelectronicsin oz işçisi bey deyirki mence ele xarab eşyalari getirib binanin qabağina atib gedin..Bu gun sabah bu gun sabah gelib baxacağiq deye deye aprel ayina çatdiriblar..Zamanetin vaxti bitmesini gozleyirler yeqin..Butun esblerimiz pozulub..Xarab mallara gore 2200 manat pul ödenir..@Bakuelectronics qazandiğinizi halaliqla qazanin..Bele müqəddəs ayda butun sinir sistemimizi alt ust etdiniz..." İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |