Əsas Səhifə > Siyasət, Manşet > Muxtar müəllimin `Qırmızı Kitab`ını gözləyənə qədər...

Muxtar müəllimin `Qırmızı Kitab`ını gözləyənə qədər...


31-03-2023, 09:23
Muxtar müəllimin `Qırmızı Kitab`ını gözləyənə qədər...
DİA.AZ: - "Komandamızın üzvü Nazirlər Kabinetinə məktub yazıb ki, bəs bəzi Qırmızı Kitaba düşmüş heyvan növləri Nazirlər Kabinentinin 176 nömrəli qərarında Qırmızı Kitaba düşməyən növlərin siyahısında təqdim olunur və qeyri qanuni ovlanma hallarında dəymiş ziyanları çox azdır, bunu dəyişdirmək lazımdır". DİA.AZ bildirir ki, bu barədə "ecofront"un açıqlamasında qeyd olunur.

Muxtar müəllimin `Qırmızı Kitab`ını gözləyənə qədər...

Daha sonra müraciətdə bildirilir: "Siyahı 1989-cu ildəki Qırmızı Kitaba (1-ci nəşr) əsaslanır. 2013-cü ildə Qırmızı Kitabın 2-ci nəşri çıxıb, üstəgəl 2021-ci ildə Nazirlər Kabineti ETSN in sifarişi ilə bu qərara düzəlişlər edərək ərəblərin sevimli ov quşlarının rəsmi ödənişlərini 1001 manata qaldırmağa başları qarışıb amma əsas qanunu lazımsız kağız parçasına çevirən nöqsanları düzəltmək yaddan çıxıb.

İndi də ETSN cavab yazıb ki, gözləyin bir dənə də Qırmızı Kitab çıxsın hamısını bir yerdə edərik".

DİA.AZ bildirir ki, ekofəalların bu açıqlaması cəmiyyət tərəfindən də etirazla qarşılanıb və ETSN rəhbərliyi aşkar şəkildə qınanılıb. Həmin reaksiyaların birində deyilir:

"Çox təəsüf hissi ilə qeyd edim ki, 90% söz sahibi məmur üçün din də, iman da, vətən də, vətəndaş da, bütün ali dəyərlər də pulun yanında kölgədə qalır. Onlara pul ver fərqi yoxdur ərəbdi, ermənidi, rusdu..."

Məsələ ilə bağlı dia.az olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq...

Geri qayıt