Əsas Səhifə > Siyasət, Manşet > Bakıda sakinlər qeyri-adi ETİRAZA BAŞLADI

Bakıda sakinlər qeyri-adi ETİRAZA BAŞLADI


24-02-2023, 09:53
Bakıda sakinlər qeyri-adi ETİRAZA BAŞLADI
DİA.AZ: - Məlumat verərək bildirmişdik ki, Bakının Nərimanov rayonu ərazisində qəzalı vəziyyətdə olan binadan insanların köçürülməsinə başlanılıb. Qeyd edək ki, məsələ Mayakovski küçəsi, 15 ünvanında yerləşən bina ilə və bu binanın ətrafında yaranmış qalmaqalla bağlıdır.

DİA.AZ bildirir ki, sakinlərə söküləcək mənzilləri müqabilində kompensasiyalar təklif olunub. Sakinlərə verilən kompensasiya məbləği hər kvadratmetri üçün 2 min manatdır.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Nərimanov rayonu, Mayakovski küçəsi, 15 ünvanında yerləşən yataqxana tipli yaşayış binası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlukəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun müvafiq aktına əsasən, qəzalı vəziyyətdədir. “Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, sözügedən yaşayış binasının sakinlərinin köçürülməsi üçün vəsait ayrılıb. Köçürülməsi nəzərdə tutulan sakinlərin mənzillərinin hər kvadratmetr sahəsinə görə 2 000 AZN məbləğində birdəfəlik maddi yardım ödənilməsi nəzərdə tutulub”, - deyə qurumdan əlavə edilib.

Qeyd edək ki, sakinlər söküntü zamanı onlara təklif edilən 2 min manatlıq kompensasiya məbləği ilə razılaşmadıqlarını bildiriblər.

Onlar, həmçinin müvafiq qurumlara şikayət məktubu ünvanladıqlarını da qeyd ediblər.

DİA.AZ-a danışan sakinlər bildiriblər ki, toplantı keçirərək, kompensasiyadan narazı olduqlarını bir daha bildiriblər və maraqlı aksiyaya da başlayıblar.

Onlar öz qapılarına artıq hansısa sövdələşməyə getməyəcəklərini, ərazilərində inşa olunacaq binadan ev tələb etdiklərini bəyan edən bildirişləri asıblar ki, bununla da danışıqlardan imtina etdikləri məlum olub.

Sakinlər dia.az-a açıqlamalarında daha sonra əlavə ediblər: "Məcburuq Prezident Administrasiyasının Vətəndaş Qəbulu mərkəzinə gedək və kollektiv qəbul tələb edək".

Sakinlərdən bəzilərinin qapılarına asdıqları bildirişləri təqdim edirik:

Bakıda sakinlər qeyri-adi ETİRAZA BAŞLADI
Bakıda sakinlər qeyri-adi ETİRAZA BAŞLADI
Bakıda sakinlər qeyri-adi ETİRAZA BAŞLADI
Bakıda sakinlər qeyri-adi ETİRAZA BAŞLADI
Bakıda sakinlər qeyri-adi ETİRAZA BAŞLADI
Bakıda sakinlər qeyri-adi ETİRAZA BAŞLADI
Bakıda sakinlər qeyri-adi ETİRAZA BAŞLADI

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt