Əsas Səhifə > Siyasət, Manşet > "`Kontakt Home`u necə məhkəməyə verə bilərəm?"

"`Kontakt Home`u necə məhkəməyə verə bilərəm?"


18-02-2023, 10:02
"`Kontakt Home`u necə məhkəməyə verə bilərəm?"
DİA.AZ: - "Şikayətim "Kontakt Home"dandır". DİA.AZ bildirir ki, bu barədə "Şikayətim Var" sosial qrupundakı paylaşımında Seyran adlı istifadəçi giley edir. Qeyd edək ki, adıkeçən şikayətçinin başına gələnlər barədə oxucuları daha əvvəl də məlumatlandırmışdıq. Düşünürdük ki, şirkət bu məsələyə adekvat reaksiya verər. Amma problem nəinki qalır, əksinə...

"`Kontakt Home`u necə məhkəməyə verə bilərəm?"

Narazı vətəndaş başına gələnləri nəql edir: "Burda şikayətimi yazandan sonra gəlib problemli televizoru apardılar. Məhsul defektlidir... boyunlarından atmağa başlayıblar.

İki həftəyə yaxındır televizor əllərindədir, indi də zəng edib deyirlər ki, mənə yox... yaxınıma zəng edib deyirlər ki, televizorun ehtiyat hissəsi guya xaricdən gəlir. 5 həftəyə gələcək....

Onları necə məhkəməyə verə bilərik?

Qeyd edim ki, məhsulu kreditlə alıb 2 ayını ödəmişik. Təzminat almaq mümkündürmü?

Adamlar utanmaz-utanmaz zəng edib ödənişi tələb edirlər..."

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


ZƏRURİ QEYD: Sözügdən şirkət deputat Elnur Allahverdiyevə məxsusdur...
Geri qayıt