Əsas Səhifə > Siyasət, Manşet > Rüstəm Usubov vaxtilə onun ifadəsini alan müstəntiqdən qisas alıb

Rüstəm Usubov vaxtilə onun ifadəsini alan müstəntiqdən qisas alıb


17-02-2023, 09:33
Rüstəm Usubov vaxtilə onun ifadəsini alan müstəntiqdən qisas alıb
Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) polkovniki, nazirliyin şöbə rəisinin müavini olmuş, hazırda isə həbsdə olan Sahib Ələkbərov Bakı Apellyasiya Məhkəməsində Baş Prokururluğun sabiq rəhbərliyi haqqında sensasion açıqlamalar verib.

Qeyd edək ki, özünə qarşı ittihamları rədd edən Sahib Ələkbərov bildirib ki, bütün addımları Baş Prokurorun birinci müavini Rüstəm Usubovun göstərişi ilə edib.

Həbsi zamanı Rüstəm Usubovun xüsusi qərəzinə tuş gəldiyini deyən Sahib Ələkbərov bunu Hacı Məmmədovun cinayət işinin istintaqı ilə əsaslandırıb.

Rüstəm Usubov vaxtilə onun ifadəsini alan müstəntiqdən qisas alıb

DİA.AZ-ın məlumatına görə, Gununsesi.info-nun araşdırması zamanı bəlli olub ki, MTN-nin keçirdiyi məşhur “qara kəmər” əməliyyatı zamanı Rüstəm Usubovun da ifadəsi alınıb.

Həmin zaman Usubovun ifadəsini isə MTN müstəntiqi Sahib Ələkbərov alıb. Görünür, bunu yaddaşına həsr edən Rüstəm Usubov “MTN İşi” üzrə istintaqda Sahib Ələkbərovu cəzalandırmaq niyyətinə düşüb.

Geri qayıt