Əsas Səhifə > Siyasət, Manşet > Naxçıvanda YENİ HƏDƏ ÜSULU: "Mənim arxamda Fuad Nəcəfli dayanır..."

Naxçıvanda YENİ HƏDƏ ÜSULU: "Mənim arxamda Fuad Nəcəfli dayanır..."


3-02-2023, 09:35
Naxçıvanda YENİ HƏDƏ ÜSULU: "Mənim arxamda Fuad Nəcəfli dayanır..."
DİA.AZ: - "Naxçıvan şəhər 12 nömrəli məktəbin müəllimlərindən aldığım məlumata görə, "dünən bu təhsil ocağına yeni direktor təyin olunmuş Turan Məmmədli müəllimlərlə ilk iclasını keçirir". DİA.AZ bildirir ki, bu barədə tanınmış jurnalist Heydər Oğuz paylaşım edib.

Jurnalist daha sonra yazır: ""İclasda çıxış edərkən müəllimlərin dərslərini kəsəcəyini bildirir. Etiraz edən müəllimlərə eyri-etik sözlər deyir. Müəllimlər etiraz edib bildirirlər ki, gedəcəyik Təhsil Naziri Rəhman müəllimin yanına. Turan Məmmədli isə onlara cavab verir: nazir kimdir ki, mənə onunla xox gəlirsiniz. Mənim arxamda Fuad Nəcəfli dayanır. Hara istəyirsiz gedin.
Daha sonra Xadimə icazə istəyib deyib ki ərim yoxdu, mənə yarım saat icazə verin evə dəyim, uşağım tək qalıb. Direktor isə xadiməyə deyib: "mənim ərim olanda sənin də ərin olacaq. Şərhi sizə buraxırıq".

Şikayətçilər həmçinin bildiriblər ki, Ali Məclisdən direktordan niyə Fuad Nəcəflinin adını çəkməsini soruşublar. O isə deyib: "Böyük səhv etmişəm, bağışlayın.."

Hazırda 12 nömrəli məktəb müəllimlərinin etiraz aksiyası davam edir.

Geri qayıt