Əsas Səhifə > Siyasət, Manşet > "Azneft" rəhbərliyi ziyanın faturasını FƏHLƏYƏ KƏSİB...

"Azneft" rəhbərliyi ziyanın faturasını FƏHLƏYƏ KƏSİB...


30-01-2023, 11:05
"Azneft" rəhbərliyi ziyanın faturasını FƏHLƏYƏ KƏSİB...
DİA.AZ: - "28.08.2022-ci il tarixində səhər saatlarında “Azneft” İB-nın “Neft Daşları” NQÇİ-nin 1541 saylı estakadayanı meydançasında istismar quyusunda aparılan təmir işləri zamanı quyu açıq fontana keçmişdi". DİA.AZ bildirir ki, bu barədə tanınmış insan hüquqları müdafiəçi, “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı paylaşım edib.
M.Qəhrəmanlı daha sonra yazır: "Bununla əlaqədar aparılan araşdırmalar sona çatdı və Neft Daşlarında aşağıdakı vəzifə yerdəyişmələri oldu:

1. MMTX-nin rəisini müavin elədilər.
2. MMTX-nin rəis müavinini mədən müdürü elədilər.
3. Həmin mədən müdürünü özül rəis müavini elədilər.
4. Həmin özül rəis müavinini MMTX-nə rəis təyin elədilər.
5. QƏYTS-in rəisini müavin elədilər.
6. Həmin müavini briqada ustası elədilər.
7. Briqada ustasını isə QƏYTS-nə rəis elədilər.
8. İşlənmə şöbəsinin rəisini müavin elədilər.
9. Baş geoloqu qoydular işlənmə şöbəsinə rəis.
10. Deyilənə görə Baş geoloq qıraqdan gələcək.
11.Fontan vaxtı orada olan QƏYTS-nin baş ustasını da briqada ustası elədilər.
12. Fəhlələrin də maaşlarının 25 faizi kəsildi".

DİA.AZ bildirir ki, bütünları qeyd edən M.Qəhrımanlı arada maaşlarının 4-də 1-dən olan fəhlələrin cəzasına aşağıdakı kimi şərh edib:

"Yaxşı qurtarıblar..."

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Geri qayıt