Əsas Səhifə > Siyasət, Manşet > Əslində Kənd Təsərrüfatı Naziri postuna gənc bir kadr gətirilməli idi

Əslində Kənd Təsərrüfatı Naziri postuna gənc bir kadr gətirilməli idi


15-01-2014, 10:53
Əslində Kənd Təsərrüfatı Naziri postuna gənc bir kadr gətirilməli idi
DİA.AZ: - Kənd təsərrüfatı naziri postuna təyin olunduqdan sonra sanki təqaüd dövrünü yaşayırmış kimi davranan Heydər Əsədov Hesablama Palatasının sədri olarkən daha fəal bir məmur təəssüratı bağışlayırdı. Bəlkə də bu Heydər Əsədovun tutduğu postun mahiyyətindən doğur. Yəni Hesablama Palatasının rəhbərliyi daha çox çeviklik tələb edirdi. KTN-də isə Heydər Əsədovun günləri traktor sürətilə getdiyindən nə çevikliyə ehtiyac duyulur, nə də hər hansı dəyişikliyə…

Amma əslində vəziyyət tamam fərqlidir. Yəni bu gün bəlkə də ən çox islahatların həyata keçirilməsi zərurətinin yaşandığı bir ünvan varsa, o da kənd təsərrüfatı nazirliyidir. Hazırda baş nazirin müavini postunu tutan İsmət Abbasovun dövründən paslanmış xışların təzələnməsi ehtiyacı olduğu halda Heydər Əsədovun hətta ölkənin baş baytarına belə toxuna bilməməsi artıq məsələnin tam mahiyyətini ortaya qoyur. Və bu barədə əvvəllər də müəyyən qeydlərimiz olmuşdu. Məsələ Heydər Əsədovun köhnə kadrlarla işləmək məcburiyyətindən gedir.

Bununla bağlı DİA.AZ-a daxil olan informasiyalara görə, Heydər Əsədova hələ nazir olarkən fəaliyyəti üçün konkret çərçivə göstərilib: «Təsəvvür edin, «Aqrolizinq» xətti il əvə eləcə də KTN-nin digər qurumlarının iştirakı ilə dövlət büdcəsindən, KTN sisteminə ayrılan kreditlərdən oğurlanan milyonlarla bağlı real faktlar ictimaiyyətin diqqətinə çatdırılır, amma bunun fonunda hökumət, hökumət bir yana, yenicə olaraq KTN-də nazir sükanı arxasına keçən Heydər Əsədov fəaliyyətsizlik nümayiş etdirir.

Yalnız Hesablama Palatasının «Aqrolizinq»də yoxlama aparma niyyəti elan olunur. Təbii ki, bu təftişin hansı sonluqla bitəcəyini təxmin etmək asandır. Hər halda, bu gün də vəzifə başında olan İsmət Abbasovun dövründə baş verən yeyinti faktlarının rəmsiləşməsi imkansızdır. O da imkansızdır ki, Hesablama Palatası Dünya Bankı tərəfindən ayrılan kreditlərin böyük əksəriyyətini qeydə alsın. Belə olan şəraitdə, Heydər Əsədovun KTN-yə sanki görüntü xatirinə gətirildiyi, bir təqaüd dönəmi yaşadığı təəssüratı yaranır».

Mənbəmiz iddia edir ki, əslində Heydər Əsədovun özü da baş verənlərə qanedir: «Əslində onun xarakterindən də yorğun olduğu sezilir. Halbuki həmin posta çevik bir fiqur gətirilməli idi. Bu, baş verməyəcəksə, KTN-də köhnə hamam-köhnə tas situasiyası davam edəcək»…

Geri qayıt