Əsas Səhifə > Siyasət, Manşet > Hakimiyyət daxilində şok proseslər start götürə bilər

Hakimiyyət daxilində şok proseslər start götürə bilər


14-01-2014, 12:00
Hakimiyyət daxilində şok proseslər start götürə bilər
DİA.AZ: - «Hakimiyyət öz daxilində təmizləmələr qərarını hələ prezident seçkilərindən əvvəl verib ki, məlum qərarında israrlıdır». Bu şok açıqlamanı DİA.AZ-a verən hökumət içindəki bilgili mənbə olduqca ilginc faktları da açıqlayıb.

Mənbənin söylədikləri: «Hələ prezident seçkilərinə qədər total kadr islahatları həyata keçirilməli idi. Lakin vəziyyət dəyişdi. Bu da iqtidar daxilində balansın pozulmasına gətirib çıxardı. Dünənə qədər mövqeyi güclü olan qüvvələr müəyyən müddətə geri çəkilməli oldular. Bu üzdən də dəyişiklik planı da ertələnməli oldu. Halbuki dəyişikliyə uyğun olaraq baş nazirin belə yeni kadrla əvəzlənməsi nəzərdə tutulmuşdu».

Mənbəmiz iddia edir ki, plana əsasən seçkilərə qədər 4 nazir və daha bir neçə samballı fiqur vəzifəsindən alınmalı idi: «Hakimiyyət tamamən yeni kadrlarla əvəzlənəcəkdi. Amma situasiyaya nəzarət yönləri dəyişdiyindən proses ləngidi».

Məlumatlara görə, amma vəziyyəti dəyişməyi planlayan qüvvələr qərarlarından imtina etmədiklərindən 2014-cü ildə planlarının baş tutması üçün çox böyük miqyaslı bir prosesə start verməyi düşünürlər: «Hər şey yaxın günlərdə müəyyən olacaq»

Geri qayıt