Əsas Səhifə > Siyasət, Manşet > Vasif Talıbov DİNCLİK TAPA BİLMİR...

Vasif Talıbov DİNCLİK TAPA BİLMİR...


4-01-2023, 11:31
Vasif Talıbov DİNCLİK TAPA BİLMİR...
DİA.AZ: - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri postundan gedişi ilə diqqət mərkəzində olan Vasif Talıbovun hal-hazırda harda olduğu, hansı evində yaşadığı da müzakirə predmetidir. DİA.AZ bildirir ki, bu barədə sosial şəbəkələrdə də geniş müzakirələr açılıb və fərqli-fərqli rəylər bildirilməkdədir.

Bu arada Naxçıvandan özəl xəbərləri ilə diqqətə gələn tanınmış araşdırmaçı-jurnalist Heydər Oğuz da qeyd olunan məsələ ilə bağlı məlumat açıqlayıb. H.Oğuz yazır:

"Sığındığı qaynana evində ona bəslənən etimadı doğrulda bilməyən Vasif Talıbov 40 ildən sonra dədə ocağına qayıdıb.

Kənd sakinləri arasında gedən söhbətlərə görə, Talıbovlar ailəsində daxili qalmaqallar başlayıb.

Ailə üzvləri yaranmış vəziyyətə görə Seymur Talıbovu günahlandırırlar".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt