Əsas Səhifə > Siyasət, Manşet > «Azpetrol» Rafiq Əliyevdən sonra ancaq itirə-itirə gəlir…

«Azpetrol» Rafiq Əliyevdən sonra ancaq itirə-itirə gəlir…


13-01-2014, 10:48
«Azpetrol» Rafiq Əliyevdən sonra ancaq itirə-itirə gəlir…
DİA.AZ: - Bir müddət əvvəl belə bir məlumat yayıldı ki, «Azpetrol» şirkətində köhnədən Rafiq Əliyevə aid olan pay həbsdən çıxdıqdan sonra, sabiq şirkət rəhbərinin özünə qaytarılıb. Doğrudur, hələlik bu barədə nə şirkətdən, nə də Rafiq Əliyev tərəfindən hansısa formada təkzib xarakterli açıqlama gəlmədi. Amma bəzi rəsmi dairələr dolayı yollarla iddia olunanları inkar etdilər.

Xatırladaq ki, keçən il keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun «Azpetrol»a rəhbərlik etmiş qardaşı Rafiq Əliyev prezident İlham Əliyev tərəfindən əfv olunaraq azadlığa buraxıldı. Və bundan sonra bir neçə şaiyə yayılsa da, həmin şaiyələrlə bağlı məhz Əliyev qardaşlarının susması səbəbindən dolğun bilgilərin alınması mümkünsüz oldu.

Onu da bildirək ki, DİA.AZ olaraq bu yöndə müəyyən araşdırmalar apardıq. Və «Azpetrol»da çalışan, kifayət qədər vəzifəsi olan şəxslərdən biri redaksiyamıza maraqlı məlumatlar verdi. Mənbə ilk olaraq adının çəkilməməsi şərtilə Rafiq Əliyevlə bağlı münasibətlərdən danışdı: «Belə bir xəbərin yayılması mətbuatın uydurması idi. Rafiq Əliyevlə şirkət arasında heç bir əlaqə bərpasından söhbət belə gedə bilməz».

Qeyd edək ki, şirkət çalışanı mövzuya aidiyyatı olmasa da, «Azpetrol»un fəaliyyəti ilə bağlı maraqlı məqamları da diqqətimizə çatdırdı: «Ümumiyyətlə, Rafiq Əliyevdən sonra «Azpetrol» özünün imicini darmadağın etdi. Artıq burası şirkətdən daha çox, «zapravkalar» birliyini xatırladır. Hər bir rəhbər şəxs də daha çox pul qazanma arzusu ilə hərəkət edir, bu prinsipi güdür.

Əgər bu gün dövlətin müvafiq qurumları araşdırma aparsalar, o zaman «Azpetrol»un onlarla vəzifəli şəxsi həbs oluna bilər. Çünki fakt odur ki, bu adamlar çəkinmədən cinayətə gedirlər. Vətəndaşı aldadırlar. Nə benzinin keyfiyyəti əvvəlki kimi - Rafiq Əliyevin dövründə olduğu kimi öyünüləsi deyil, nə də xidmət. Bu gün «Azpetrol» ən aşağı benzini və həm də yanacaq doldurma məntəqələrində baş verən fırıldaq yolu ilə müştəriyə təqdim edir.

Bu gün «Azpetrol»un YDM-lərində baş verənlərlə bağlı dövlətin müvafiq qurumlarının susması isə təbiidir. Başqa cür də ola bilməz. Çünki Rafiq Əliyevdən sonra daha BÖYÜK ƏL şirkətə nəzarət edir. Buradan başqalarına da pay çatır. Amma əsas pulu bir nəfər götürür. «Azpetrol» Rafiq Əliyevdən sonra böyümədi. Əksinə itirə-itirə getdi. «Azpetrol»a əvvəllər yaradılan fürsət Rövnəq Abdullayevin «SOCAR» YDM-lərinə yaradıldı.

Belə bir şirkətə Rafiq Əliyev qayıdıb nə edəcək ki?»

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Geri qayıt