Əsas Səhifə > Siyasət, Manşet > İndi hardan bilək ki SATIŞDA UCUZ BİLET VAR İDİ?..

İndi hardan bilək ki SATIŞDA UCUZ BİLET VAR İDİ?..


23-12-2022, 09:16
İndi hardan bilək ki SATIŞDA UCUZ BİLET VAR İDİ?..
DİA.AZ: - Məlum olduğu kimi, dünən AZAL 2023-cü ilin yay cədvəli çərçivəsində 9 istiqamət üzrə 29 avroya aviabiletlərin satışa çıxarılacağını elan edib.

DİA.AZ xəbər verir ki, bu barədə şirkətin sosial şəbəkə hesablarında məlumat paylaşılıb. Məlumatda martın 26-dan oktyabrın 29-dək həyata keçiriləcək uçuşların hava yollarının aşağıbüdcəli “Buta Airways” aviaşirkəti tərəfindən minimal “Büdcə” tarifi ilə həyata keçiriləcəyi və 10 000 biletin onlayn satışının planlaşdırıldığı bildirilib.

İndi hardan bilək ki SATIŞDA UCUZ BİLET VAR İDİ?..

DİA.AZ bildirir ki, dünən saat 16:00-da biletlər satışa çıxarılmalı olsa da, qeyd edilən saatdan etibarən saytın onlayn satış bölməsi işləməyib. Bu barədə vətəndaşlar sosial şəbəkədə yazıblar. Qeyd olunub ki, biletlərin satışa çıxarılacağı vaxtdan bir saatdan çox keçsə də, saytdan bilet almaq qeyri-mümkündür.

İndi hardan bilək ki SATIŞDA UCUZ BİLET VAR İDİ?..

Qeyd edək ki, sözügedən təklif Ankara, İzmir, İstanbul (Sabiha Gökçen Hava Limanı), Tbilisi, Aktau, Həştərxan, Mineralnıye Vodı, Kazan və Ufa şəhəri üzrə keçərlidir. Biletə əl yükü və baqaj daxil deyil.

İndi hardan bilək ki SATIŞDA UCUZ BİLET VAR İDİ?..

Əslində bütün bunların hoqqabazlıq olduğu açıq şəkildə sezilir. Az qala MİDA-nın mənzil alqı-satqısı kimi... Bunu elə vətəndaşların reaksiyalarından da görmək olar...

""Buta Airways" aviaşirkəti güya bu gün (dünən -dia.az) bir neçə istiqamətdə 29 avroluq biletlərin satışına başlamışdır. Amma satış elan olunandan nə saytına, nə də tətbiqinə daxil olmaq olmur, sayta daxil olduqda belə elan etdikləri tarixə dedikləri qiymətə bilet yoxdur. Qalmayıb və ya bitdii yazmıram, məhz yoxdur yazıram, çünki inandırıcı deyil ki, bir neçə dəqiqə içində 10 min limitli bilet satılıb bitsin". DİA.AZ bildirir ki, bunu "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Firuzə Eyvazova adlı istifadəçi yazır.

İndi hardan bilək ki SATIŞDA UCUZ BİLET VAR İDİ?..

Daha sonra narazı vətəndaş bildirir: "Ya da turşirketlər, satış agentlikləri o qədər bileti bir dəqiqədə aldı?! Biz də təzədən onlardan baha baha alaq? Hardadır ədalət?!
"Buta Airways" bəsdirin millətin əsəbi ilə oynadınız! Madəm "lowcost" şirkətsinizsə, biletin qiymətini həmişə aşağı tutun, siz az qala ən bahalı firmalarla eyni qiymətə uçursunuz!

Yetər millətin cibini soyduğunuz!"

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt