Əsas Səhifə > Siyasət, Manşet > Kəbirə Məmmədovanı hədəfə alan qüvvələr kimdir?

Kəbirə Məmmədovanı hədəfə alan qüvvələr kimdir?


11-01-2014, 13:10
Kəbirə Məmmədovanı hədəfə alan qüvvələr kimdir?
DİA.AZ: - Məlum olduğu kimi, keçən ilin dekabr ayının 27-də «Binə» Ticarət mərkəzində böyük yanğın hadisəsi oldu ki, nəticədə də 40 nəfərdən artıq sahibkara 5 milyon manata yaxın həcmdə ziyan dəydi. Onu da bildirək ki, ilk dəfə deyil «Binə»də yanğın olur və sahibkarlara ziyan dəyir.

DİA.AZ-a müraciət edən bir qrup sahibkar isə bildirir ki, hələ də onlara dəyən ziyan ödənilməyib. Halbuki söz vermişdilər və «Binə»nin rəhbərliyi bu məsələdə boyun qaçırır.

Sahibkarlar onu da əlavə etdi ki, artıq ötür-ötür oyunundan da beziblər: «Əgər vəziyyət bu şəkildə davam edəcəksə, «Binə»də alver birdəfəlik öləcək. Bəlkə də kimlərsə bunu istəyir. Amma biz hansısa şəxslərin, qaranlıq qüvvələrin «Binə»ni çökdürmə planı naminə qurban getməyə hazır deyilik. Hamımız borclanmışıq. Vəziyyəd belə davam edə bilməz».

Sahibkarların sözündən belə anlaşılır ki, «Binə»də yanğın hadisələri təsadüf deyil və planlı şəkildə təşkil olunub: «Burada kimlərsə maraqlıdır. Kəbirə Məmmədovanı hədəfə alıblar. Amma biz deyirik ki, bu qədər gücləri varsa, Kəbirə Məmmədovaya başqa yolla təzyiq etsinlər. Bizim mallarımıza ziyan vuraraq yox».

Geri qayıt