Əsas Səhifə > Siyasət, Manşet > Anar Kərimov da Əbülfəs Qarayevin YOLUNU GEDİR...

Anar Kərimov da Əbülfəs Qarayevin YOLUNU GEDİR...


17-11-2022, 09:15
Anar Kərimov da Əbülfəs Qarayevin YOLUNU GEDİR...
DİA.AZ: - Qapılarını az qala hər gün hüquq-mühafizə orqanlarının yağır etdiyi Mədəniyyət Nazirliyi yenə də özünə yığışmaq bilmir ki bilmir. Hər halda görünəni budur və ortalıqda olan faktlar belə deməyə əsas yaradır ki, Mədəniyyət Nazirimiz Anar Kərimov da özündən əvvəlki nazir Əbülfəs Qarayevin yolu ilə "inamla" irəliləməkdədir...

DİA.AZ bildirir ki, Mədəniyyət Nazirliyindən daha bir şikayət var və bu şikayətə görə, nazirlik keçirilən müsabiqənin qaliblərinə vəd etdiyi 300 min manatı ödəməyib.

DİA.AZ-ın məlumatına görə, 2022-ci ilin martında Mədəniyyət Nazirliyinin təşkil etdiyi “Tammetrajlı bədii film layihələrinə dəstək" müsabiqəsinin qalibləri açıqlansa da, onlara ümumilikdə ayrılan 300 min manat sahiblərinə çatdırılmayıb.

“Hər halda hansısa işləri yolunda getmir. Bunu da bu layihənin maliyyəsi ilə ört-basdır edirlər”. Bunu isə şikayətçilərdən biri - rejissor Azər Allahverdiyev deyir.

Daha ətraflı aşağıdakı videoda:



Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt