Əsas Səhifə > Siyasət, Manşet > Sumqayıt təhsilində NƏ BAŞ VERİR?

Sumqayıt təhsilində NƏ BAŞ VERİR?


5-11-2022, 10:03
Sumqayıt təhsilində NƏ BAŞ VERİR?
DİA.AZ: - "2019-cu ilin əvvəllərində Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunan və 2 ildən artıq dövr ərzində bu struktura rəhbərlik etmiş Arzu Əlizadə Regional Təhsil İdarəsi yaradılarkən İdarənin Sumqayıt sektoruna müdir təyin edilib. Bu günlərdə bu postunu da itirən A.Əlizadənin qanunsuz əməlləri barədə mövcud olan faktlar, əslində, idarənin həmin dövrkü fəaliyyətinin ciddi araşdırılması və bu hallara hüquqi qiymət verilməsini tələb edir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Əvvəli burada:

Sumqayıt təhsili ona əmanət idi... - O İSƏ...

Sumqayıt təhsilində NƏ BAŞ VERİR?

Məqalənin davamında deyilir:

Arzunun revanş arzusu

Əldə etdiyimiz məlumata görə, A.Alızadə son olaraq Sumqayıt sektorunda tutduğu vəzifədən azad olunduqdan sonra yaxın çevrəsinə regional idarənin yeni rəhbərliyini rahat buraxmayacağını, informasiya müharibəsinə başlayacağını bildirib.

32 nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra etmiş, bu yaxınlarda şagirdlərdən pul tələb etməsi ilə bağlı səs yazısı ilə məşhurlamış Esmira İbrahimova haqqında məlumatın ikinci dəfə mediada gündəmə gətirilməsi, eləcə də E.İbrahimovanın açıqlamalarının təşkil olunması da bu mənada təsadüfi görünmür.

Bu fonda A.Alızadənin yaxın günlərdə öz köhnə “silahdaşları”nın da dəstəyi ilə media və sosial mediada yeni kampaniyaya start verəcəyi proqnozlaşdırılır. Vəzifədən azad olunmasını həzm edə bilməyən keçmiş müdir indiki mövqeyi ilə faktiki olaraq həm də təhsil nazirinə qarşı gedir.

***

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt