Əsas Səhifə > Siyasət, Manşet > Göyçayda özbaşınalıq edən KİMDİR?

Göyçayda özbaşınalıq edən KİMDİR?


28-10-2022, 09:09
Göyçayda özbaşınalıq edən KİMDİR?
DİA.AZ: - Göyçay rayon sakini sahbkar Nuriyev Məhi Asim oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb.

Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciət-də deyilir:

"Bildirirəm ki, bizə qarşı edilən cinayət əməlinə görə tədbir görülmür.Buna görə çıxılmaz vəziyyətdə qalmışıq.
Mən sahibkar kimi Göyçay rayonu Mirzəhüseynli kəndində bağçılıq təsərrüfatı ilə məşğul oluram . Təsərrüfatəmda bir neçə nəfər işləyir.Həttda onlardan biri şəhid ailəsidir. Qonşum olan Əhmədov Habil Yaqub oğlu tərəfindən iki il ərzində dəfələrlə mənə məxsus bağçılıq təsərrüfatına hücumlar edib işçiləri söyüb-təhqqir etmiş, avadanlıqları sındıraraq yararsız hala salmışdır.Onun hərəkətləri cinayət əməli olsada barəsində indiyə qədər tədbir görülmür.Buna görə Habil Əhmədov və onun əlaltıları azğınlaşıblar.
İki gün əvvəl Habil Əhmədov bir qrrup şəxslə əlbir olaraq gecə saatlarında sözü gedən bağçılıq təsərrüfatıma gedən elektrik xəttini balta ilə kəsərək həmin əraziyə basqın ediblər.Mənim təsərrüfatımda olan texniki avadanlıqları və digər əşyaları tam olaraq yararsız hala salmışdılar. Mənə küllü miqdarda ziyanlar vurublar.Bu barədə etdiyim şikayətə obyektiv baxılmır.Nəticə isə budur ki, cəzasızlıqdan azğınlaşmış Habil Əhmədov quldurluq cinyətini davam etdirməklə bizə ziyanlar vurur.Həttda cəzasız qalan Habil Əhmədov hadisənin səhəri günü gəlib işçiləri təhqqir edib hədələyib. İşimizi dayandırıb, işləməyə imkan vermir.Çıxılmaz vəziyyətdə qalmışıq.Sanki qolçomaqlıq dövrüdür kimi davranan Habil Əhmədova dur deyən barəsində qanunu tədbir görən olacaqmı ?
Buna görə çox narahatıq həyat və sağlamlığımız ciddi təhlükə altındadır.Habil Əhmədovun əməli quldurluq, hədə-qorxu ilə tələb etmə və sairə cinayət hərəkətləridir.
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Daxili İşlər Naziri cənab Vilayət Eyvazova və Baş Prokuror cənab Kamran Əliyevə müracət edərək xahiş edirəm mənə qarşı edilən quldurluq cinayətinin obyektiv araşdırıb Habil Əhmədov və onun dəstəsi barədə qanunu tədbirlər görəsiniz".


Geri qayıt