Əsas Səhifə > Siyasət, Manşet > "Dərmanlarımı ala bilmirəm deyə xəstəliyim daha da ağırlaşıb..."

"Dərmanlarımı ala bilmirəm deyə xəstəliyim daha da ağırlaşıb..."


29-09-2022, 08:54
"Dərmanlarımı ala bilmirəm deyə xəstəliyim daha da ağırlaşıb..."
DİA.AZ: - Ucar şəhəri Həbibi küçəsi ev 10 sakini Eminova Xatirə Faxrət qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mən ağır xətəliyə görə yataq xəstəsiyəm hərəkət edə bilmirəm.Buna görə mənə 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir.Əlilliyin müddəti bitdi deyə əlillik təyin edilməsi üçün müayinə və müalicə sənədlərimi Tibbi Sosial Ekspert Komissiyasına göndərilib.Ancaq heç bir qanunu əsas olmadan mənə əlillik təyin edilməsindən imtina olunub.Əsas kimi əlavə müalicəyə ehtiyac olması və ixtisaslaşmış əlavə müayinə və müalicəyə ehtiyac var.
Mən ağır formalı hipertoniya, şəkərli diabet və iflic xəstəliyindən əziyyət çəkirəm.Buna görə tez-tez burnumdan qam gəlir, yeriyə bilmirəm.Qan təzyiqim 140/250 olur.Sağ tərəfim işləmir iflic olub.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mənə əlillik dərəcəi təyin olunmasından iki dəfə imtina edib.
Bu səbəbdən acınacaqlı duruma düşmüşəm dərmanlarımı ala bilmirəm deyə xəstəliyim dahada ağırlaşıb.
Son 6 ayda dəfələrlə müayinələr olunmuşam, müalicə almışam.Ancaq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qanunsuz əməllərindən əl çəkmək istəmir.Sanki mənim qəsdimə dayanıblar kimi davranırlar.
Mənim rüşvət verməyə pulum və yüksək vəzifədə işləyən dayım olmasada vətəndaşı olduğum ölkənin Mehriban Əliyeva kimi birinci xanımı var.
Mənim vəziyyətimi gəlib gözləri ilə görən olsa dəhşətə gələr.

Mən mətbuat vasitəsi ilə Mehriban xanım Əliyevaya, Sahil Babayevə və Anar Bayramova müraciət ünvanlayıb xahiş edirəm mənim vəziyyətimi gəlin yoxlayın və mənə əlillik dərəcəsi təyin edilməsinə köməklik göstərin".

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt