Əsas Səhifə > Siyasət, Manşet > “AAAF Park”ın binaları TƏHLÜKƏLİDİR

“AAAF Park”ın binaları TƏHLÜKƏLİDİR


19-09-2022, 09:42
“AAAF Park”ın binaları TƏHLÜKƏLİDİR
DİA.AZ: - Neft pullarının ölkəyə sürətli axını dönəmində Azərbaycanda müşahidə olunan tikinti bumu zamanı kifayət qədər neqativlər tikinti sektorundə ənənə halını almış oldu. Bir yandan keyfiyyətsiz inşaatları ilə vətəndaşlrın həyatını risqə atan inşaat firmaları sahibləri digər yandan da dələduz əməlləri ilə Azərbaycan insanını çətin durumda qoymuş oldular. Bunun fəsadları isə həklə də müşahidə olunmaqdadır.

DİA.AZ bildirir ki, belə şirkətlərdən biri də “AAAF Park” tikinti şirkətidir. Bu şirkətdən narazılıqlar davamlı olaraq ictimailəşib.

“AAAF Park”ın binaları TƏHLÜKƏLİDİR

DİA.AZ-a daxil olan son müraciətdə isə vətəndaş sözügedən şirkətin insanlarımızı hansı risqlə üz-üzə qoymasından bəhs edir:

"AAAF parkın binalarından adi mənzərədir bu.

VİDEO BURADA: videoya baxmaq üçün bura tıklayın...

Bina nə vaxt tikilib Allah bilir. 1 ildir də biz köçmüşük. Gələndən bu vəziyyətdədir, lift yoxdur. Gəlib bir az qurdaladilar guya düzəltmək adıyla, bele qoyub getdilər.

Bəzi mərtəbələrəe lift boşluğu açıqdır. Qəzalı vəziyyətdədir. Blokda balaca usaqlar da yasayir. Yaşlısı var xəstəsi var, 6-ci mərtəbəyə qalxana kimi təngnəfəs tər içində qalırlar. Uşaqların boşluğa düşmək təhlükələri var. Bu pişik də normalda "lift knopkasi" olmalı yerdə özünə yuva qurub. Boş yerdi də nə etsin..."

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt