Əsas Səhifə > Siyasət, Manşet > "Azneft" yoxlama yolladı... O DA BELƏ...

"Azneft" yoxlama yolladı... O DA BELƏ...


15-09-2022, 10:59
"Azneft" yoxlama yolladı... O DA BELƏ...
DİA.AZ: - Hal-hazırda Neft Daşlarında çalışan neftçilər "Azneft" İstehsalat Birliyinin rəhbərliyinin yolladığı komissyanın keyfiyyətiylə bağlı DİA.AZ-a maraqlı açıqlama veriblər.

Bu barədə redaksiyamıza yazan neftçilər iddia edir ki, bir neçə gün əvvəl "Azneft" İstehsalat Birliyindən Neft Daşlarına yoxlama gəldi:

"Yazdılar... pozdular... Gedəndə yoxlamaya gələn MÜTƏXƏSSİSLƏRDƏN (hər halda, onu bu adla təftişə yillamışdılar) biri neftçilərdən birinə yaxınlaşıb soruşub ki, nədən quyunun üzərindəki "vışka" əyri durur...

Burada acınacaqlı olanı bilirsinizmi nədir? həmin "mütəxəssis"in "vışka" dediyi qaldırıcı kran idi. İndi qaldırıcı kranla "vışka"nı ayıra bilməyəni bizi yoxlamağa yollayırlar..."

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt