Əsas Səhifə > Siyasət, Manşet > Bələdiyyə sədri baş memarla birləşib vətəndaşın yolunu satdı?

Bələdiyyə sədri baş memarla birləşib vətəndaşın yolunu satdı?


13-09-2022, 09:18
Bələdiyyə sədri baş memarla birləşib vətəndaşın yolunu satdı?
DİA.AZ: - Ağcəbədi rayon Boyat kəndinin sakinləri şikayətçidirlər.

DİA.AZ-ın məlumatına görə, sakinlər örüş sahələrinə gedən yolun üstündə tikinti işləri aparıldığından narazıdırlar.

İddiaya görə Ağcəbədi rayon icra hakimiyyətinin memarlıq şöbəsinin rəhbəri Səfər müəllim Boyat kənd bələdiyyəsinin sədri Mütəllim müəllimlə birləşərək Vüsal Əliyev adlı kənd sakininin örüş sahəsinə gedən yolu satıb.

Vüsal Əliyev ona ayrılan pay torpağına gedən yolda obyekt tikildiyini, aidiyyatı qurumlara dəfələrlə şikayət etmələrinə baxmayaraq tədbir görülmədiyini deyir.


Geri qayıt