Əsas Səhifə > Siyasət, Manşet > "Azəristiliktəchizat" yığılmış zərəri VƏTƏNDAŞA ÖDƏTDİRİR?

"Azəristiliktəchizat" yığılmış zərəri VƏTƏNDAŞA ÖDƏTDİRİR?


5-07-2022, 09:02
"Azəristiliktəchizat" yığılmış zərəri VƏTƏNDAŞA ÖDƏTDİRİR?
DİA.AZ: - "Azəristiliktəchizat" ASC 2021-ci ili 10,372 milyon manat zərərlə başa vurub. Halbuki, qurum 2020-ci ildən 1,033 milyon manat mənfəətlə çıxmışdı. DİA.AZ bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, ötən il səhmdar cəmiyyətinin yığılmış zərəri 11,7 % artaraq 98,918 milyon manata çatıb. Bu il yanvarın 1-nə "Azəristiliktəchizat"ın aktivləri 189,678 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,2 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 24 % artaraq 59,15 milyon manata, balans kapitalı isə 6,7 % azalaraq 130,528 milyon manata enib.

Xatırladaq ki, "Azəristiliktəchizat" ölkə Prezidentinin "İstilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 8 iyun 2005-ci il tarixli sərəncamı əsasında yaradılıb. Onun nizamnamə kapitalı 136,685 milyon manatdır. Səhmdar cəmiyyəti Bakıda və regionlarda yaşayış evlərini və binaları, təhsil, səhiyyə müəssisələrini və digər sosial təyinatlı obyektləri istiliklə təchiz edir.

DİA.AZ-a daxil olan şikayətdən anlaşılanı isə odur ki, "Azəristiliktəchizat" həmin 100 milyonluq zərərini vətəndaşlardan necə gəldi çıxarmaq fikrinə düşüb. Bu barədə redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, "Azəristiliktəchizat" rəhbərliyi o qədər həvəsə düşüb ki, hətta şəxsi kombi vasitəsilə qızdırılan evlərə də İSTİ SU PULU borcu çıxarıb.

DİA.AZ-a şikayət edən Bakı sakini isə qeyd edir ki, onlara və yaşadırları binanın bütün sakinlərinə astronomik həddə borc kağızı göndərən "Azəristiliktəchizat" rəhbərliyi bununla yetinməyərək vətəndaşı növbəti soyuq aylarda DONACAQLARI İLƏ HƏDƏLƏYİR.

"Azəristiliktəchizat" yığılmış zərəri VƏTƏNDAŞA ÖDƏTDİRİR?
"Azəristiliktəchizat" yığılmış zərəri VƏTƏNDAŞA ÖDƏTDİRİR?

260 manatlıq borc kağızı alan vətəndaş bildirir ki, "Azəristiliktəchizat" yazdığı borc rəqəmini havadan götürdüyündən əsaslandıra bilmir: "Hələ ən az borc yazdıqlarından biri bizik. 400-500 manat borc kağızı alanlar da var..."

Məsələ ilə əlaqədar dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt