Əsas Səhifə > Siyasət, Manşet > Qarabağ Əlillərinə Qayği İctimai Birliyindən PREZİDENTƏ ŞİKAYƏT

Qarabağ Əlillərinə Qayği İctimai Birliyindən PREZİDENTƏ ŞİKAYƏT


21-05-2022, 08:49
Qarabağ Əlillərinə Qayği İctimai Birliyindən PREZİDENTƏ ŞİKAYƏT
Azərbaycan Respublikasının Prezidenti Hörmətli Ilham Heydər Oğlu Əliyev cənablarına
surəti: Ədliyyə nazirliyinə
surəti: Milli Təhlukəsizlik Nazirliyinə
surəti: Daxili İşlər Nazirliyinə
surəti: Respublika Baş Prokuroruna

MÜRACİƏT

Hörmətli İlham Əliyev cənabları, yazıb sizin diqqətinizə çatdirmaq istəyirəm ki, mən Abbasov Eldəniz Liman oğlu ıı qurp Qarabağ Qazisi, Azərbaycan Respublikası Qarabağ Əlillərinə Qayğı İçtimai Birliyinin sədri Firudin Əfqan oğlu Məmmədov və onun birliyinin xeyli sayda üzvləri tərəfindən 2021-ci ildən bu günə qədər şər, böhtan, təhqir və təcavüzlərə məruz qalmışam. Dəfələrlə bütün güc strukturlarına və nazirliklərinə müraciətlər etməyimə baxmayaraq, hələ də bu Qeyri-Hökümət təşkilati olan Qarabağ Əlillərinə Qayği İctimai Birliyinin sədri Firudin Məmmədov və onun "Reket" dəstəsi haqqında heç bir inzibati və yaxud cinayət məcəlləsinə cəlb olunmayıblar. 18.05.2022-ci il saat 20:00-da Firudin Məmmədov və onun "Reket" dəstəsi mənim yaşadığım ünvana hücum çəkmişlər, evimə basqın etmişlər. Məni və ailə üzvlərimi kücə soyuşləri ilə təhqir etmişlər. Bütün bunlar azmış kimi Firudin Məmmədov mənim baş və beyin nahiyələrimdən güclü zərbələr endirmişdir. Dərhal "102" polis xidmətinə zəng vurduqdan sonra Nizami rayonu 24-cü polis idarəsinin əməkdaşları hadisə yerinə gəlmişlər və məni güclə bu "Reket" dəstəsinin əlindən alaraq polis idarəsinə aparmışlar. 24-cü polis bölməsində məne "Təcili yardım" xidəti çağırılmışdır və mənə tibbi yardım gostərilmişdir. 24-cü polis bölməsində mənim izzahatım alınandan sonra məni sahə müvəkkili işləyən Elçin adlı polis zabitinin avtomobilində öz ünvanıma gətirmişlər. Bölmədən gələndən sonra təxminən yarim saat keçdikdən sonra səhhətimdə ağırlaşma, qaytarma, baş gicəllənmə, halsızlıq əlamətləri müşahidə olunmuşdur və dərhal "Təcili yardım" xidmətinə zəng vurmuşdur

"Təcili yardım" xidmətinin həkimləri tərəfinden məni "nevroloq xəstəxanasına" aparmışlar. Xəstəxanada kəllə beyin travması ilə qeydiyyata salınıb müayinə olunmuşam. Xəstəxana həkimləri tərəfindən xəsarətlər aldığım aşkar olunmuşdur və bu haqda həkim- tibbi arayış alınmışdır. Hal-hazırda həkimlərin göstərişi ilə ev şəraitində müalicə olunuram.

Hörmətli İlham Əliyev Cənabları, sizdən artıq dərəcədə xahiş edirəm, mənə dövlət tərəfindən verilmiş maşın avto-dayanacağınin, ailə üzvlərimin və özümün təhlükəsizliyimi təmin edəsiniz. Qarabağ Əlillərinə Qayğı İçtimai Birliyinin sədri Firudin Məmmədov və onun "Reket" dəstəsinin saysız-hesabsız cinayət əməllərinə son qoyulmasına köməklik göstərəsiniz. Əvvəlcədən sizə öz dərin minnətdarliğımı bildirirəm.

İmza: Abbasov Eldəniz Liman oğlu

19.05.2022-ci il
Ev tel: 470 22 15
Mob: 055 662 05 44
//moderator.az//
Geri qayıt