Əsas Səhifə > Siyasət, Manşet > Zaur Mikayılovun işçiləri `YEZİD` ROLUNDA...

Zaur Mikayılovun işçiləri `YEZİD` ROLUNDA...


16-05-2022, 09:23
Zaur Mikayılovun işçiləri `YEZİD` ROLUNDA...
Bərdə rayon sakini, sahibkar Bağırov Ülvin Mirdamət oğlu qarşılaşdığı problem ucbatından ölkə başçısına müraciət edib. Şikayətçi yaşadığı Bərdə rayonu Xanərəb kəndində 22 hektar torpaq sahəsində pambıq əkib-becərməyə girişsə də, süni maneələrlə suvarma suyuna həsrət qaldığını deyir.
DİA.AZ xəbər verir ki, vətəndaşın Demokratik.Az-a verdiyi məlumata görə, prezidentin 2015-ci il tarixli sərəncamı əsasında sözügedən kəndə 1226 saylı subartezian quyusu vurulub. Həmin iş zamanı isə Qələndər İbadov adlı şəxs Ü.Bağırov daxil, bir neçə sakindən pul toplayaraq artezianı onların istədikləri yerdə inşa etdirdiyini deyib. Pullar toplanıb və ödənilib, lakin, Qələndər adlı şəxs sonrakı illərdə pullarını aldığı şəxslərə suvarma imkanları yaratmayıb, onları aldadıb və narazıllıqlar yaradıb.

Bağırov Ülvin Mirdamət oğlu həmin adama 520 manat rüşvət verdiyini, aldadıldığını, ötən ildən bəri əkdiyi pambığı suvara bilmədiyini deyir. Şikayətlər etsə də, ortada İHB-nin və bələdiyyənin iştirakı ilə rəsmi suvarma qrafiki aktı mövcud olsa da yezidlərin əlində girinc qaldığını qeyd edir.

Şikayətçi qarşılaşdığı susuzluq probleminin həlli üçün ölkə başçısından kömək istəyir.
Vətəndaşın videoşikayətini təqdim edirik:


Geri qayıt