Əsas Səhifə > Siyasət, Manşet > «AVESTA»NIN PREZİDENTİNDƏN ŞİKAYƏT OLUNDU

«AVESTA»NIN PREZİDENTİNDƏN ŞİKAYƏT OLUNDU


4-09-2013, 11:57
«AVESTA»NIN PREZİDENTİNDƏN ŞİKAYƏT OLUNDU
HAQQI TAPDANMIŞ SAHİBKAR MEHRİBAN ƏLİYEVAYA MÜRACİƏT EDƏCƏK

DİA.AZ: - Neçə müddətdir ki, Qazax rayonundan olan sahibkar Elşad Məmmədovla «Avesta» konserninin prezidenti Hacı İbrahim Nehrəmli arasında bir qalmaqal yaşanılır. Əslində bunun adına qalmaqal da demək olmaz. Belə ki, Hacı İbrahim Nehrəmlinin sahibkarın yarım milyon manata yaxın vəsaitini əlindən alması bir yana, hətta Elşad Məmmədovu təhdid belə etdirir. Bunu da DİA.AZ-a açıqlamasında sahibkarın özü bildirib.

Qeyd edək ki, E.Məmmədov “Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmlidən iki dənə mənzil alıb. 355 min manat öul ödəyən sahibkara arayışı “Həsən-96” MTK-nın rəhbəri Emil tağıyevin imzası ilə verilib. Emil Tağıyev Hacı İbrahimin bacanağıdır. Hacı İbrahim bacanağının verdiyi arayışı qanunsuz sayaraq ləğv edib. Nəticədə sahibkara çatacaq mənzil əlindən alınıb. E.Məmədova bununla bağlı aidiyyəti qurumlara 500-dən çox müraciət edib. Hətta iş məhkəmə müstəvəsinə qədər gedib çıxıb. İş çətinliyini görən Hacı İbrahimin adamları sahibkarı təhdid ediblər. Ona müxtəlif nömrələrdən zənglər edərək ölümlə, həbslə hədələyiblər. Nəticədə sahibkar ailəsiylə birlikdə bir müddət Qazax rayonunda yaşamalı olub.

E.Məmmədov başıəna gətirilən olayla bağlı Qazaxda da olsa müraciətlər edib, məhkəməyə üz tutub. Ancaq bütün hallarda günahkar hesab edilərək işə xitam verilib.

DİA.AZ-a açıqlamasında Elşad Məmmədov bildirdi ki, artıq üzləşdiyi problemlə bağlı ölkənin birinci ledisi, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət etməyə hazırlaşır: «Artıq Mehriban xanımın qəbuluna yazılmışam. Ümidim Mehriban Əliyevayadır. Yoxsa bu gün Xəzərdə ada tikdirən və bununla da sanki əlavə divident qazanmış olan Hacı İbrahim Nehrəmlini kimsə durdurmayacaq».

Geri qayıt