Əsas Səhifə > Siyasət, Manşet > DSMF-nin səhvinin bədəlini vətəndaş çəkir...

DSMF-nin səhvinin bədəlini vətəndaş çəkir...


1-12-2020, 09:49
DSMF-nin səhvinin bədəlini vətəndaş çəkir...
Gəncə şəhər, Əziz Əliyev küçəsi, ev 218 ünvanında yaşayan Valeh Hüseyn oğlu Abbasov uzun müddət filiz-mədən qazmalarında işlədiyi üçün əmək pensiyasının xüsusi təyinatlı kateqoriyasını alır. Ancaq 2010-ci ilin sentyabr ayında o, pensiyasını alarkən baza məbləğini, yəni 233, 20 manat alır.

DİA.AZ xəbər verir ki, Valeh Abbasov aidiyyatı üzrə, qeydiyyatda olduğu Goranboy rayon Dövlət Sosial Müdafiə Fonduna müraciət edib. Orada araşdırılma aparılıb və məlum olub ki, onun pensiyası səhvən problemli pensiya alanların siyahısına düşüb.

Bununla bağlı, sözügedən qurum Dövlət Sosial Müdafiə Fonduna iki dəfə məktub ünvanlayıb və Valeh Abbasovun pensiyasının kəsilmiş məbləğinin verilməsini tələb edib. Valeh Abbasov özü də rəsmi qaydada müraciət edib, ancaq bu günə qədər heç bir nəticəsi olmayıb. Artıq 4-cü aydır ki, o, pensiyasını tam ala bilmir.

Geri qayıt