Əsas Səhifə > Siyasət, Manşet > Mingəçevirdə saxta sənəd qalmaqalı...
Mingəçevirdə saxta sənəd qalmaqalı...9-09-2019, 09:24 |
7NEWS.az xəbər verir ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxs olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin pilot ərazilərindən biridir. Bu proqram əhalinin BMT tərəfindən təsdiqlənən və dayanıqlı inkişaf məqsədlərindən olan universal tibb təminatının təmin edilməsi istiqamətində mühüm addım hesab olunur. Amma və lakin... Bəzi rayon və şəhərlərdə bu sistem xəstəxana rəhbərlərinin rüşvət sevdası ucbatından fiaskoya uğramaqdadır. Bu günlərdə Mingəçevir şəhər sakini qohumu, ailə üzvü olmayan birinə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında 'Forma26' adlı arayış alır. Bu arayış bir neçə istiqamət üzrə çalışan həkimlərin ciddi müayinəsindən sonra verilir. Lakin Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərovun qurduğu 'sistem' bu və bu kimi arayışların müəyyən məbləğ qarşılığında daha tez və ən əsası bir həkimin iştirakı olmadan da verilə bilər. Belə ki, bir həkim heç bir yoxlanış və müayinə etmədən digər həkimlərin yerinə rəy verir, imzasını atır. 7NEWS.az sosial mediada yayılan fotofaktı təqdim edir. Məlumat üçün qeyd edək ki, əslində cinayət tərkibi olan bu sənədi Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin həkimi DR.PEDİATOR Hüseynova Növrəstə verib. Bu olduqca ciddi və həssas cinayətdir. Çox güman ki, bu cinayətin içtirakçıları xəstəxanın rəhbəri qarışıq mütəşəkkil dəstədir. Bir adam xəstə, ərtafdakılar üçün təhlükə mənbəyi olsa belə kiçik məbləğ qarşılığında tam sağlam arayış almaq imkanına malikdir. Mövzunu davam etdirəcəyik. Geri qayıt |