Əsas Səhifə > Siyasət, Gündəm, Manşet > SÖYÜN SADIXOV ŞƏBƏKƏSİNƏ ŞOK HƏBS ZƏRBƏSİ

SÖYÜN SADIXOV ŞƏBƏKƏSİNƏ ŞOK HƏBS ZƏRBƏSİ


14-05-2013, 08:50
SÖYÜN SADIXOV ŞƏBƏKƏSİNƏ ŞOK HƏBS ZƏRBƏSİ
SANKT-PETERBURQDA BİR KRİMİNALIN HƏBSİ VƏ BU HƏBSİN PƏRDƏARXASI

DİA.AZ: - Redaksiyamıza son zamanlar Azərbaycan dövlətinə qarşı fəaliyyəti ilə diqqətə gələn «Azərros»la bağlı ilginc faktlar daxil olub. Rusiyadakı soydaşlarımızdan əldə etdiyimiz məlumatlardan aydın olur ki, sözügedən ölkənin hüquq-mühafizə orqanları Sankt-Peterburqda səs-küylü bir həbs həyata keçiriblər.

DİA.AZ bildirir ki, həbs olunan şəxsin Rusiyada yaşayan azərbaycanlı kriminallardan biri olduğu söylənilir. Amma mənbəmiz eyni zamanda bildirir ki, krminial olmasına rəğmən bu adam kifayət qədər ciddi qarşılanıb və hətta «Azerros»un yerli rəhbərliyində təmsil də olunub.

Onu da qeyd edək ki, bu hadisə ilə bağlı, həbs olunanın kimliyi ilə bağlı redaksiyamıza çox ciddi faktlar ötürülüb və günün sonuna yaxın həm də Söyün Sadıxov şəbəkəsinə zərbə hesab oluna biləcək bu şok həbsin tam təfərrüatını diqqətinizə çatdıracağıq. Bizi izləməkdə davam edin…

Geri qayıt