Əsas Səhifə > Siyasət, Manşet > Mikayıl Cabbarov özünə müşavir təyin etdi

Mikayıl Cabbarov özünə müşavir təyin etdi


6-01-2018, 11:21
Mikayıl Cabbarov özünə müşavir təyin etdi
Vergilər Nazirliyində daha bir mühüm kadr təyinatı olub.

Mia.az-a daxil olan məlumata görə, nazir Mikayıl Cabbarovun əmri ilə Xəqani Abdullayev nazir müşaviri təyin olunub.

Məlumat üçün bildirək ki, bundan əvvəl Xəqani Abdullayev Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini vəzifəsind çalışıb. O, ötən ilin avqustun 1-də prezident İlham Əliyevin imzaladığı sərəncamla işdən azad olunmuşdu. Bir müddət öncə mediaya açıqlama verən X.Abdullayev bildirmişdi ki, vəzifəsindən öz xahişi ilə azad olunub. Yeni iş yerinə gəlincə, qeyd etmişdi ki, tanınmış xarici şirkətlərdən birində məsləhətçi kimi çalışır.

Mia.az-ı məlumatlandıran şəxs onu da qeyd edib ki, X.Abdullayev bank-maliyyə sektorunda ölkənin aparıcı mütəxəssislərindən sayılır. Bu səbəbdən də onun Vergilər Nazirliyində mühüm posta təyinatı səbəbsiz deyil.

Onu da nəzərə çatdıraq ki, X.Abdullayevin qarşıdakı dövrdə nazir müavini təyin olunacağı da gözlənilir.

Mikayıl Cabbarov özünə müşavir təyin etdi

Geri qayıt