Əsas Səhifə > Siyasət, Manşet > Aydın Əliyev vəzifəsindən alınır

Aydın Əliyev vəzifəsindən alınır


4-09-2017, 10:02
Aydın Əliyev vəzifəsindən alınır
DİA.AZ: - Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyində dəyişiklik gözlənilir. Bu barədə DİA.AZ-a bilgili qaynaqlardan informasiya daxil olub.

Xəbəri verən mənbə iddia edir ki, DGK sədri Aydın Əliyevin yerinə hazırda sözügedən qurumda kifayət qədər nüfuz sahibi olan şəxslərdən biri təyin olunacaq. Mənbənin dia.az-a söylədikləri: "Bu barədə qərar əslində çoxdan verilmişdi. Sadəcə islahatlar səbəbindən bir qədər yubandı. İndi isə vaxt yetişib".

Mənbə iddia edir ki, Aydın Əliyevə gəlincə isə, onun Vergilər Nazirliyində işlə təmin olunması olanlaşdırılır.

Onu da bildirək ki, Aydın Əliyevin yerinə DGK rəhbərliyinə kimin gətiriləcəyi haqda redaksiyamızda dəqiq informasiya var. Sadəcə tam dəqiqləşmə apardıqdan sonra bu barədə daha geniş bilgiləri diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin.

Geri qayıt