Əsas Səhifə > Siyasət, Manşet > Ermənistan xəbər agentlikləri "Qarabağ Azərbaycan" yazdı

Ermənistan xəbər agentlikləri "Qarabağ Azərbaycan" yazdı


26-08-2017, 09:14
Ermənistan xəbər agentlikləri "Qarabağ Azərbaycan" yazdı
Xəbər verdiyimiz kimi, ötən gün Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkatma zamanı "Qarabağ" C qrupuna düşüb. PrimeTime.Az xəbər verir ki, "Kopenhagen" üzərindəki qələbədən sonra "Qarabağ"ımız Çempionlar Liqasının qrup mərhələsinə yüksələrək dünyanın diqqətini öz üzərinə çəkib. Komandaların püşkatmasından sonra Ermənistan rəsmi xəbər agentlikləri də "Qarabağ"dan yazb. "News.am" saytında rus bölməsi üzrə "Qarabağ Azərbaycan" yazısı da dərc edilib. Qeyd edək ki, "Qarabağ" 1991-ci ilə qədər oyunlarını Ağdam şəhərində yerləşən "İmarət" staidoununda keçirib. Ermənistan Silahlı Qüvvələrinin Ağdam şəhərini işğal etməsindən sonra "Qarabağ" bir müddət Quzanlı qəsəbəsinə, daha sonra isə paytaxt Bakıya köçüb. Sözügedən görüntünü təqdim edirik:


Ermənistan xəbər agentlikləri "Qarabağ Azərbaycan" yazdı

Geri qayıt