Əsas Səhifə > Siyasət, Manşet > Zirehli maşında gəzən general kimdir?

Zirehli maşında gəzən general kimdir?


2-05-2017, 09:28
Zirehli maşında gəzən general kimdir?
DİA.AZ: - Dövlət Gömrük Komitəsinin sədr müavini Səfər Mehdiyevin zirehli, BMW markalı avtomobili var. DİA.AZ bildirir ki, deyilənə görə, bu məlumatları DGK-da gömrük əməkdaşlarına Səfər Mehdiyevin sürücüsü fəxrlə danışır. Biz də öz növbəmizdə bu məlumatı dəqiqləşdirmək üçün, DGK-nın bəzi məsul şəxslərinə müraciət etdik. Amma bu barədə kimsə danışmaq istəmədi.

Zirehli maşında gəzən general kimdir?
Zirehli maşında gəzən general kimdir?

Araşdırma nəticəsində məlum oldu ki, “BMW 7 High Security” (zirehli) avtomobilinin qiyməti 350 min ABŞ dollarından başlayır. Bizə də maraqlı gəlir, bu avtomobil hörmətli generala dövlət büdcəsi hesabına alınıb, yoxsa, “halal qazanc” ilə əldə olunub? Bildiyimizə görə, zirehli avtomobillərdə tanınmış, dövlət üçün mühüm əhəmiyyət daşıyan prezidentlər, məmurlar və mühüm dövlət xadimləri gəzir. Ancaq DGK-ın sədr müavini Səfər Mehdiyev hər an, hər dəqiqə sui-qəsd hədəfinə çevrilməkdən ehtiyatlanır.

Dia.az olaraq iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt