Əsas Səhifə > Siyasət, Manşet > 10 illik başçının şəbəkəsində müavinlər kimdir?

10 illik başçının şəbəkəsində müavinlər kimdir?


27-12-2016, 08:58
10 illik başçının şəbəkəsində müavinlər kimdir?
Hacıqabulun icra başçısı vəzifəsini itirə bilər. Buna səbəb onun yaş senzi ilə əlaqədar rəhbər postdan uzaqlaşdırılması planıdır. Əhməd Muxtarov bu zaman kəsiyində rayonu inkişaf etdirə bilməyib.

Hacıqabul rayon İcra Hakimiyyətindəki mənbənin sözlərinə görə, bu xəbər başçı ilə yanaşı köməkçisi Afiq Kərimovu da həyəcanlandırıb.

Ə.Muxtarov sakitcə büdcə pullarını talayıb və Hesablama Palatası tərəfindən təftiş aparılır. Yaxın aylarda Hacıqabula yeni rəhbər təyin olunacağı gözlənilir. Özünü sakit göstərən icra başçısı səs-küylü maliyyə əməliyyatları həyata keçirir.

Bu maxinasiyalarda müavinləri Əslan Səmədov və Fikrət Qasımovun da rolu az deyil. Mənbə qeyd edir ki, mühasib Güləli Əhmədov da şəbəkənin maxinasiya əməliyyatlarında iştirakçıdır.

Bildirilir ki, Ə.Muxtarov 10 ildir Hacıqabula rəhbərlik edir. Bu 10 ildə rayonda heç bir iş görməyib. Maraqlıdır ki, Yevlaxda neftbazada işə başlayan hazırkı başçı hərbi xidmətdə matros olub.

Sonra Yevlax rayon Xaldan mal-qara kökəltmə sovxozunda işləyib. 2005-ci ilə qədər Yevlax RİH-də müxtəlif vəzifələr tutub. 1951-ci il təvəllüdlü icra başçısının yaş senzi ilə əlaqədar çıxarılacaq icra hakimləri sırasında adının keçdiyi deyilir.

Hacıqabul rayonunda yolların tikintisi, əsaslı təmiri kimi işlərə ayrılmış 400 min manata yaxın vəsait həmin İlham Əzizlinin rəhbərlik etdiyi “Müstəqil Çoxsahəli Muğan-1” Firmasının hesabına keçirilib.

Media yazıb ki, İlham Əzizli və onun “Müstəqil Çoxsahəli Muğan-1 Firması” ilə yanaşı Əhməd Muxtarovun korrupsiya şəbəkəsinə Samir Qasımovun rəhbərlik etdiyi “İnşaatçı-S” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Ötən il icra başçısı Əhməd Muxtarov dövlət büdcəsinin nə az, nə çox 300 min manata yaxın vəsaitini şəbəkəsinə Samir Qasımovun rəhbərlik etdiyi “İnşaatçı-S” MMC-nin hesabına keçirib. Guya ki, bu MMC-də bu pulların müqabilində iki yaşayış binasının dam örtüyünü təmir etməli, küçələrdə abadlıq işləri aparmalı idi.

Mənbə bildirir ki, ötən il ən ilginc korrupsiya əməliyyatı 40 min manata yaxın büdcə vəsaiti hesabına guya Hacıqabul şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə ərzaq alınması əməliyyatıdır.

Bu əməliyyatı həyata keçirmək üçün Əhməd Muxtarov Hacıqabul rayonunda şirkət tapa bilməyib, üz tutub Şirvan şəhərinə.

Beləliklə Şirvan şəhərində qeydiyyatda olan Səbuhi Rüstəmovun direktoru olduğu “Arsenal-SR” Məhdud Məsuliyyətli Cəmiyyəti bu ilginc korrupsiya əməliyyatı üçün uyğun hesab edilib.

Mənbə bildirir ki, əgər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Hacıqabul rayonuna yönələn büdcə vəsaitlərinin taleyinə aydınlıq gətirmək istəsə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş verən korrupsiya mexanizminin eynisini bu rayonda da üzə çıxa bilər.
\\regionxeberleri.com\\
Geri qayıt