Əsas Səhifə > Siyasət, Manşet > Deputat "Binə" və "Sədərək"i GÖZƏ GƏTİRDİ

Deputat "Binə" və "Sədərək"i GÖZƏ GƏTİRDİ


21-12-2016, 08:34
Deputat "Binə" və "Sədərək"i GÖZƏ GƏTİRDİ
DİA.AZ: - Bir neçə gün əvvəl Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı "Binə" və "Sədərək" ticarət mərkəzlərinin rəhbərliyini vergidən yayınmada ittiham etdi. Onun sözlərinə görə, hər iki bazarda avtomobillərdən əsassız olaraq giriş haqqı alınır və bu vəsaitlər şəxsi ciblərə axır, vergi ödənilmir.

Sitat: “Azərbaycanda bir çox ticarət mərkəzləri var ki, avtomobillərin saxlanması üçün vətəndaşlardan pul alırlar. Lakin orada yığılan pullar büdcəyə deyil, ciblərə gedir”.

Onun sözlərinə görə, bu məsələni artıq neçənci dəfədir qaldırır, ancaq nəzərə alan yoxdur: “Bu gün “Sədərək”, “Binə” kimi iri ticarət mərkəzləri var və burada maşını az-çox saxlamasından və maşın sahibindən asılı olmayaraq, konkret vahid pul ödənilir. Gün ərzində minlərlə maşından pul alınır. Axı, gün ərzində alınan bu qədər pul hara gedir?! ”

Millət vəkili əlavə etmişdi ki, bildiyi qədər ticarət mərkəzləri tərəfindən yığılan bu pullar dövlət büdcəsinə getmir.

DİA.AZ-a daxilolan informasiyalardan isə aydın olur ki, artıq hər iki ticarət mərkəzi ilə bağlı dövlətin sərt tədbirləri hazırlanır. Bu barədə danışan mənbə iddia edir ki, həm "Sədərək" və həm də "Binə" ticarət mərkəzi bu həftə ərzində Vergilər Nazirliyinin ekspertləri tərəfindən təftiş olunacaq.

Mənbənin dia.az-a bildirdikləri: "Burada məqsəd həm gəlir yerlərinin siyahıya alınması, həm də gəlirin həcminin müəyyən olunmasıdır. Əslində bu vaxta qədər hər iki ticarət mərkəzi Vergilər Nazirliyi ilə gizli və açıq partnyorluq edib ki, bundan da daha çox zərər görəni məhz Azərbaycan dövləti olub. İndi isə şərait və şərtlər dəyişəcək ki, bu da hər iki ticarət mərkəzində çalışan sahibkarlar üçün də yaxşı nəsə vəd etmir".

Geri qayıt