Əsas Səhifə > Siyasət, Manşet > Rəsmi Bakı dollar möhtəkirliyinə QARŞI

Rəsmi Bakı dollar möhtəkirliyinə QARŞI


10-12-2016, 09:35
Rəsmi Bakı dollar möhtəkirliyinə QARŞI
DİA.AZ: - Diqqət yetirin, bu gün Azərbaycan dövləti hazırki qlobal böhranın ölkəmizdə təzahür olunan fəsadlarını önləməyə çalışdığı bir ərəfədə bəzi işbaz məmurlar öz cılız iqtisadi maraqlarını ön plana çıxarırlar ki, bu da nəticədə həmin şəxslərin özlərinin hədəfə çevrilməsilə nəticələnir. Qeyd edək ki, burada söhbət dollar möhtəkirliyindən gedir.

Bununla bağlı DİA.AZ-a məlumat verən mötbərə mənbə bildirir ki, əslində hökumət dollar bazarını tələbata uyğun şəkildə bu vaxta qədər təmin edirdi və hələ bundan sonra da təmin etmək iqtidarındadır: "Maləsəf ki, bu gün maliyyə naziri postunu tutan Samir Şərifov və onun "maliyyə bandası" açıq şəkildə dövlətin siyasətini əngəlləyərək ölkədə süni ajiotaja, açıq iqtisadi sabotaja aparan addımları ilə diqqətə gəliblər".

Mənbə dia.az-a bildirir ki, bu da rəsmi Bakının susqunluğu ilə müşaiyət olunmayacaq: "Tədbir görüləcək. Şünki burada söhbət dövlətin, xalqın taleyindən gedir. Hansısa şirkətin və yaxud da şəxsin deyil".

Mənbə iddia edir ki, Samir Şərifovun hansı banklarla hansı formada dollar möhtəkirliyinə baş vurduğu detallı şəkildə araşdırılır: "Bunun daına xəyanət də deyilir. Və kimsə, xüsusən də dövlətin rəhbərliyi Şərifovu bağışlamayacaq. Belə bir məqamda, bütünlükdə olaraq xalq-dövlət birliyinin zəruri olduğu bir ərəfədə kimlərinsə Eldar Mahmudov, Cahangir Hacıyevin yolunu getməsi onların aiqbətini elə həmin şəxslərin aqibətindən fərqləndirməyəcək".

Dia.az-a daxil olan məlumata görə, artıq rəsmi Bakı dollar möhtəkirliyi ilə bağlı hüquqi tədbirlərin daha da sərtləşdirilməsi yönündə yeni addımlar hazırlayır: "Burada vəzifəsindən alınan da olacaq, həbsə gedən də"...

Bütün bu iddia olunanlarla bağlı maraqlı tərəflərin mövqelərini də işıqlandırmağa hazırıq. Əlavə bilgilərimiz olacaq. Bizi izləyin.

Geri qayıt